Əsas Səhifə Cəmiyyət Deputat: “Orada yığılan pullar büdcəyə deyil, ciblərə gedir”

Deputat: “Orada yığılan pullar büdcəyə deyil, ciblərə gedir”

2 dəqiqə oxundu
0
0
36

“Azərbaycanda bir çox ticarət mərkəzləri var ki, avtomobillərin saxlanması üçün vətəndaşlardan pul alırlar. Lakin orada yığılan pullar büdcəyə deyil, ciblərə gedir”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Fəzail Ağamalı bildirib.

Deputat deyib ki, İnzibati Xətalar Məcəlləsinə parklanma ilə bağlı ediləcək dəyişikliklər bu pulların dövlət büdcəsinə yönəlməsinə şərait yaradacaq.

F.Ağamalı təklif edib ki, məktəblərin qarşısında avtomobillərin saxlanması üçün 15 dəqiqəlik vaxt limiti tətbiq edilsin:

“Valideynlər övladlarını məktəbə apararkən avtomobildən düşüb onu məktəbə qədər ötürür. Bu müddət insanlar cərimə olunmamalıdır.

Valideyn uşağı məktəbə qoyub qayıdanda görür ki, avtomobili qanunsuz saxladığına görə evakuator tərəfindən aparılıb. Bu baxımdan düşünürəm ki, insanlar bu cür cərimələrə məruz qalmamalıdır. Bunun üçün məktəblərin qarşısında avtomobillərin saxlanmasına 15 dəqiqəlik icazə verilməlidir”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…