Əsas Səhifə Milli məclis Deputat özünü ifadə edə bilmirsə

Deputat özünü ifadə edə bilmirsə

4 dəqiqə oxundu
0
0
109

Son vaxtlar bəzi millət vəkilləri mətbuata verdikləri açıqlamalarda işlətdikləri ifadələri ilə müzakirə obyektinə çevrilirlər. Bəzi deputatların öz ana dillərində normal danışa bilməmələri və yaxud fikirlərini ifadə etməyi bacarmamaları cəmiyyətdə birmənalı qarşılanmır.

Bəs, görəsən, millət vəkilləri bu cür halların yaşanmaması üçün nə etməlidir?

Sosialxəbər.az bildirir ki, Məsələ ilə bağlı Kult.az-a açıqlama verən xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, deputat nitqinin məsuliyyətini dərk etməlidir:

“Bəzən millət vəkilləri çıxışlarında çox ciddi qüsurlara yol verirlər. Onların çıxışlarını qanunla nizamlamaq, məhdudiyyət qoymaq mümkün deyil. Belə bir qanun yoxdur ki, deyəsən, sən belə danışma. Bu, hər kəsin öz intellekt səviyyəsindən və məsuliyyətindən asılıdır. Əgər millət vəkili öz ana dilində normal danışa bilmirsə və nitqi qüsurludursa, sözü harada işlədib-işlətməməyi bilmirsə, gərək çıxışlarını yazılı şəkildə üzündən oxusun. Yoxsa necə gəldi danışıb, camaatın gözündə millət vəkili statusunu gülünc vəziyyətə qoymaq olmaz”.

S.Rüstəmxanlı onu da qeyd edib ki, Milli Məclisin bəzi qanunlarının da dili qüsurlu və qəlizdir:

“Təkcə bəzi millət vəkillərinin deyil, Milli Məclisin qanunlarının da dili qüsurludur. Qanunları hazırlayarkən hansı dillərdən tərcümə edirlərsə, o dildə olan sözün düzgün qarşılığını tapmırlar və ya ifadə formasını düzgün seçmirlər. Ona görə də bəzən ağır və xalqın başa düşmədiyi qanun mətni ortaya çıxır”.

Daha çox oxşar yazı
  • Lənkəranda zəlzələ olub

    Lənkəranda zəlzələ olub. Sosialxəbər.az bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzin…
  • Vitse-spiker Ramil Səfərov haqda yazdı

    Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı qərarı Azərbaycan üçün əhəmiyyət k…
  • Bakı nefti bahalaşdı

    Dünya birjalarında neftin qiyməti ötən günlə müqayisədə ucuzlaşıb. Sosialxəbər.az xəbər ve…
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Milli məclis

Bir cavab yazın

Bunu da oxu

Lənkəranda zəlzələ olub

Lənkəranda zəlzələ olub. Sosialxəbər.az bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzin…