Əsas Səhifə Hadisə Dillər Universitetində qalmaqal davam edir- Yalanları ilə hətta ölkə başçısını da aldatmağa cəhd edirlər

Dillər Universitetində qalmaqal davam edir- Yalanları ilə hətta ölkə başçısını da aldatmağa cəhd edirlər

22 dəqiqə oxundu
0
0
93

Azərbaycan Dillər Universitetində bir müddət əvvəl baş verən qalmaqalın əsas səbəbkarlarından Pərvin Mürsəlova hələ də universitetin müəllim-tələbə heyətinin nüfuz və şəxsiyyətinə xələl gətirən yazılar yayımlayır. Onun bu xain hücum planına ADU-nun işdən qovulmuş keçmiş dekanı Vüsalə Ağabəyli və universitetlə əlaqəsi olmayan Lamiyə Hüseyn adlı bir şəxs də dəstək verir. Bu isə artıq sözügedən şəxslərin kimlərsə tərəfindən idarə olunması, yəni olayların hansısa sifarişçi tərəfindən başladılması fikrini deməyə əsas verir. Ən heyrət doğuran məqam odur ki, bu şəxslər öz yalanları ilə hətta ölkə başçısını da aldatmağa cəhd edirlər.

Sosialxəbər.az xəbər verir ki, Pərvin Mürsəlovanın tələbələri öz Feysbuk hesablarında paylaşdıqları yazılarla onun iddialarına cavab verib, yalanlarını ifşa ediblər.

P.Mürsəlovanın dərs keçdiyi tələbələrdən biri – IV kursda təhsil alan Nərgiz Qurbanova yazır:

“Pərvin Mürsəlova, bu günə kimi adımı çəkib yazdınız. Mən də sizə hüququmu qoruyub cavab yazdıqda əvvəlcə rəyimi sildiniz, sonra da dostluq təklifi göndərdiniz, sonra da blok etdiniz. Bu qədərmi? Düzsünüzsə, sözünüzün arxasındasınızsa, niyə belə etdiniz? Hər biriniz diqqətlə oxuyun, zəhmət olmasa, artıq susa bilmirəm. Vicdanıma və özümə olan hörmətimə görə susa bilmirəm.

Bu gün adımın çəkildiyi daha bir yazının olduğunu öyrəndim, əvvəlcə deyim ki, yazdıqlarınıza fikir verin, xanım, dərəbəylik deyil ki, kimisə, xüsusilə tələbəni təhdid edəsiniz! Bu yazımı sizi önəmsədiyim üçün yazmıram. Sadəcə artıq səssiz qalmaq istəmədim, qoy hamı bilsin sizin kim olduğunuzu… Əvvəla, sizə kim icazə verir ki, mənim və yaxud digər tələbə yoldaşlarımın adını çəkəsiniz?! Amma siz öyrəşmisiniz ad çəkməyə, elə deyil. Nə asandır adları sıralayasınız, hamıya bir günah atasınız, sonra da “mən mələyəm” deyəsiniz! Ayıb olsun sizə! Siz özünü təhsil işçisi, müəllim adlandırırsınız, amma müəllim adına layiq deyilsiniz, inanın. Həmçinin adını hallandırdığınız bizim “patok”da öz işinizi lazımi qədər yerinə yetirmiş olsaydınız, biz də digər tələbələr kimi vaxtında imtahanımızı verərdik. Şükür Allaha, bütün imtahanlarımızı bu günə kimi özümüz vermişik. Bir fəndən qiymət almaq üçün sizin yazdıqlarınızı özümüzə yaraşdırmarıq! Sizin dərs prosesinə laqeydliyinizi özünüz də çox gözəl bilirsiniz. Dərs vəsaitinin tam keçmişdiniz?! Xeyr, adi jurnalı yazmağı unudurdunuz, axırda tələbələrə 3-cü qiymət, sərbəst iş yazmışdınız? Xeyr, sonradan e-mailə dərs vəsaitini atıb, bizə də yazmışdınız ki, ərizə yazmayın, geri çəkin, qiymətlər yazılacaq. Bunları deyən siz deyildiniz? Siz idiniz! Nə tez unuduldu bunlar! Heç kimi saymıram ədasıyla gəzən də həmçinin siz idiniz. Bu özgüvən nədir belə? Əksi olsaydı, bu qədər tələbə sizin qarşınızda yox, yanınızda olardı. Sizin dediyiniz kimi çıxarımız yoxdur, universitetdə işləmək gözləntimiz də. Şəxsən mən öz hədəflərimə çalışaraq irəli getməyi hər şeydən üstün tuturam. Savadı da həmçinin. Qiymət yazmaqla tələbəni yanınıza çəkməyi, yəqin, yaxşı bilirsiniz! Məndən böyüksünüz deyə sizinlə konfliktə girmədim, amma artıq bəsdir. “İslahat edəcəkdim” yazmısınız. Sizin hansı istiqamətdə islahat etmək istəyiniz aydın məsələdir. Təhsili alət etməyin. Siz deyildinizmi bu “ölkədə təhsil yoxdur” deyən?! Yoxsa bu da şərdir, sizə atıram?! Siz deyildinizmi ölkənin hər bir şeyindən narazı olan? Həmişə dövlətçilik əleyhinə yazılar paylaşan adam, bu söz-söhbətlərdən sonra bir ara bunun əksinə paylaşımlar etdiniz.

İşdən kənarlaşdırılmağınızın səbəbini heç kimdə axtarmayın. Özünüzsünüz, hərəkətlərinizdir. Dil bilmək, inanın ki, savadlı olmaq üçün kifayət deyil. Ədəbiyyat müəlliməsi olaraq yazdığınız mətn heç də savadlı yazı nümunəsi deyil, bu öz yerində. Məni heç sizin savadınız da maraqlandırmır. Bir müəllimin savadı qədər davranışları da önəmlidir. Sizin bu söz-söhbətlərdən əvvəlki fəaliyyətiniz məlumdur. Şəxsən müəllim kimi də hörmətiniz qalmadı. Bizim gözümüz nə dönübmüş e, hamımız birdən şər atdıq sizə?! Siz o qədər “məsuliyyətli” idiniz ki! Bizim “patok”u ümumiyyətlə düşmən elan etmisiniz. Lakin biz bu günə kimi bütün müəllimlərimizə hörmətlə yanaşmış, hər zaman mehriban olmuşuq. Onda onların da hamısı pisdir, siz yaxşı! Öz kollektivinizi, iş yoldaşlarınızı, tələbələri “qoyun sürüsü” ifadələri ilə təhqir edən sizsiniz, tələbələrin adlarını çəkib onlar haqqında artıq-əskik danışan da sizsiniz! Etika, mədəniyyət bir müəllimdə olmazsa-olmazdır. Hər istədiyinizi yazıb, adımızı hallandırmaqla bir şey qazana bilməyəcəksiniz! Bilmirəm, sizdə necədir, amma bizim hər birimizin gözəl ailəsi var və heç kim sahibsiz deyil. Boşa təhdidlər yağdırmayın. Haqlı olan burda uzun-uzadı statuslar yazmaz, birbaşa özümlə əlaqə saxlayar. Adımı çəkirsinizsə, xanım, üz-üzə gözləyirəm sizi! Burda yazmaq asandır, Feysbuk paylaşımlarınızda işarələdiyiniz mühafizə dəstəniz və məni günahkar sayan dostlarınızla birgə realda söyləyin dərdinizi, birbaşa özümlə, arxadan işlər çevirərək yox. Onlar hardan tanıyırlar məni?

Bu ölkədə hüquq var və inanın ki, mən hələ hüququmun müdafiəsinə qalxmamışam. Heç kimin təhdidindən çəkinmirəm, çünki yalanım yoxdur. Siz və sizin yazınızı alqışlayanlar realda hüquq qarşısında da belə alqış tutacaqsınız, əminəm”.

ADU-nun digər tələbəsi – IV kursda təhsil alan Rəna Süleymanlının gətirdiyi arqumentlər P.Mürsəlovanın yalanlarını bir daha üzə çıxarır:

“Son zamanlar sizin şər-böhtanlarınızın arası kəsilmir. Tələbə yoldaşlarımı təhdid etməklə, nalayiq sözlər deməklə tələbə ordusunu qarşınıza alırsınız. Mən və mənim kimi tələbələr öz tələbə yoldaşlarımızın arxasındayıq! İndiyə kimi heç bir sübutunuz olmadan danışmısınız. Bundan sonra əlinizdə sübut olsun, sonra kiminsə haqqında nə isə yazın. Bildirirdiniz ki, ADU-da təhsil yoxdur, müəllimlər, tələbələr savadsızdır. Əgər tələbələr savadsızdırsa, dil bilmirlərsə, sizin dərsinizə girən tələbələrin 99 faizi 40-dan yuxarı ballarla imtahana girirdilər. Əgər bir tələbə dərsi bilmirsə, siz necə 9-10 bal yazırdınız o tələbəyə? Dərsiniz ingilis dili olduğu halda həmin tələbələr sizə dərsi ingilis dilində verməli idi. Əgər siz dediyiniz kimi biz tələbələr savadsızıqsa, universitet bizə təhsil vermirsə, onda sizin verdiyiniz ballar şişirtmə ballar deyil? Və belə sual ortaya çıxır, bir müəllim qarşısındakı tələbələrin dil biliyinin kifayət qədər olmadığını iddia etdiyi halda, nəyə görə 9-10 bal yazır? Nə çıxarınız vardı? Qiymətlə tələbələri ələ alacağımızmı düşünürdüz?

Qeyd edirsiniz ki, 31 tələbə sizdən şikayətçidir. O 31 tələbədən biri belə sizin tərəfinizdə deyil. Bundan əlavə, neçə ildir müəllimsiniz və mən heç bir rəydə sizin tərəfinizi saxlayan tələbə görmədim. Burdan da hər şey məlum olur. Sizə müsbət reaksiya bildirən yalnız tanış və qohumlarınızdır. Sizin yazılarınızı işıqlandıran da elə sizin yaxınlarınızdır.

Pərvin Mürsəlova, səsimizi batıra bilməyəcəksiniz!”

ADU-nun digər tələbəsi Aytac Mustafayeva Pərvin Mürsəlovanın tələbələrə şər atdığını yazıb:

“Adı çəkilənlərdən biri də mənəm – Aytac Mustafabəyova yox, Aytac Mustafayeva. Adımızı hallandırmaqla müxtəlif yalanlar, böhtanlar atmaqla əlbəttə ki, heç bir şey əldə etmədiniz və etməyəcəksiniz. Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsiyəm, mən həmişə təhsilimə və savadıma güvənmişəm. Siz sadəcə olaraq şər, böhtan atmağa adam axtarıb diqqəti onun üzərinə çəkməyə və öz səhvlərinizi ört-basdır etməyə çalışırsınız! Halbuki hər şey göz qabağındadır! Bu günə kimi sizə cavab verməmişiksə, bu, özümüzə və kollektivimizə olan hörmətimizdən irəli gəlir. Siz əsassız cümlələr quraraq, biz isə faktlar ilə yanaşırıq bu mövzuya. Siz deyildinizmi öz tələbələrinizi hədələyən? (Universitetdən qovulmaq, imtahandan kəsilmək və s.)

Bu qədər haqq carçısı olan siz nə üçün haqqını tələb edən tələbələrə bu qədər düşmən kəsilmisiniz?!”

Qeyd edək ki, Pərvin Mürsəlova və Azərbaycan Dillər Universitetinin (ADU) filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli bir qədər əvvəl ADU-dan qovulub. Bildirilir ki, onların universitet əməkdaşlarına və tələbələrinə qarşı şər-böhtan xarakterli çıxışları, təhqirləri, insanları iğtişaşlara cəlb etmək niyyətləri əbəs yerə deyil. Bir çox mətbuat orqanında dərc olunan yazılarda qalmaqalın universitetin prorektoru Əfqan Abdullayev tərəfindən qəsdən yaradıldığı iddia edilir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

Beyrutun yenidən qurulması üçün böyük səy göstərilməlidir

Beyrutun yenidən qurulması üçün böyük səy göstərilməlidir. Sosialxəbər.az xəbər verir ki, …