Əsas Səhifə Hadisə DİN-dən polkovnikin ölümü ilə bağlı – Rəsmi açıqlama

DİN-dən polkovnikin ölümü ilə bağlı – Rəsmi açıqlama

2 dəqiqə oxundu
0
0
323

axili İşlər Nazirliyi (DİN) Dövlət Sərhəd Xidmətinin (DSX) polkovnikinin ölümü nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Sosialxəbər.az bildirir ki, Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, iyulun 20-də saat 8 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxınlığındakı sərhəd zastavasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən “UAZ” markalı xidməti avtomobil qəzaya uğrayıb.

Hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi, polkovnik Şahin Mirzəyev vəfat edib, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilib və təcili tibbi təxliyəsi təşkil olunub.

Araşdırma aparılır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

Baş prokurorun müavinlərinin sayı artırıldı

Baş Prokurorluğun struktur qurumlarının sayı 15-dən 18-ə çatdırılıb. Sosialxəbər.az  xəbər…