Əsas Səhifə Cəmiyyət Dollarlaşma ilə bağlı vəziyyət

Dollarlaşma ilə bağlı vəziyyət

3 dəqiqə oxundu
0
0
61

Ötən gün Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə zamanı ölkə başçısı Mərkəzi Bank sədri Elman Rüstəmovdan dollarlaşma ilə bağlı vəziyyəti soruşub.

Sosialxəbər.az sözügedən dialoqu təqdim edir:

Prezident İlham Əliyev: Dollarlaşma ilə bağlı vəziyyət necədir? Çünki bir neçə il bundan əvvəl haradasa dollarda qoyulan əmanətlərin həcmi 80 faizi ötürdü. İndi vəziyyət necədir?

Elman Rüstəmov: Cənab Prezident, dollarlaşma azalmaqda davam edir, bu, daha çox əmanətlərdə hiss olunur.

Prezident İlham Əliyev: Bəli, əmanətlərdə.

Elman Rüstəmov: Bilirsiniz ki, əmanətlərdə faiz dərəcələri daha yüksəkdir. Biz görürük ki, kreditlərdə təxminən 3 faizə qədər, əmanətlərdə daha çox, 6 faizə qədər dollarlaşma səviyyəsi aşağı düşüb.

Prezident İlham Əliyev: Faiz nisbəti nə qədərdir?

Elman Rüstəmov: Kreditlərin dollarlaşması 38 faizdən 35 faizə düşüb, fiziki şəxslərin əmanətlərində isə 62 faizdən 54 faizə enib. Təxminən 12 faizə qədər düşüb.

Prezident İlham Əliyev: Uçot dərəcəsi də iki dəfə aşağı düşüb.

Elman Rüstəmov: Son iki ildə.

Prezident İlham Əliyev: Bəli, bu il də yəqin ki, bu meyil davam etdiriləcək.

Elman Rüstəmov: Təbii ki, cənab Prezident, inflyasiya səviyyəsindən, inflyasiya proqnozunun yerinə yetirilməsindən asılı olaraq yumşaltma prosesi davam etdirilə bilər.

Prezident İlham Əliyev: Bu da iqtisadiyyatın sağlamlaşdırılması deməkdir. Yəni, əsas indikatorlardan biridir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Sosialxəbər.az bildirir ki, Ekologiya və Təbii S…