Baham adalarında “Dorian” qasırğası qurbanlarının sayı 20-yə çatıb.

Sosialxəbər.az bildirir ki, Bu barədə “Miami Herald” qəzeti ölkənin səhiyyə naziri Düeyn Sendsa istinadən məlumat yayıb.

Məlumata görə, ölənlərin sayı dağıntılar aradan qaldırıldıqca artır.

Daha əvvəl “Dorian” qasırğası Baham adaları arxipelağının şimal hissəsində yerləşən Abako adasında ciddi fəsadlar törədib.