Əsas Səhifə Slide-az DOST mərkəzlərində bu ilin 6 ayında 61 mindən çox vətəndaşa xidmətlər göstərilib

DOST mərkəzlərində bu ilin 6 ayında 61 mindən çox vətəndaşa xidmətlər göstərilib

3 dəqiqə oxundu
0
0
217

Cari ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) Bakıda 3 saylı DOST mərkəzi açılmaqla, paytaxtın daha üç rayonunun (Nizami, Sabunçu, Suraxanı) sakinlərinə də DOST xidmətlərindən faydalanmaq imkanı yaradılıb.

Hazırda 1 saylı, 2 saylı və 3 saylı Bakı DOST mərkəzləri Bakının 7 rayonu üzrə 1,2 milyon nəfər əhalini əhatə edir və sosial müdafiəyə cəlb olunan 230 minə yaxın vətəndaşa DOST xidmətlərindən istifadə imkanı verir.

Bu ilin yanvar-iyun aylarında Bakı DOST mərkəzləri tərəfindən 61 min 57 vətəndaşa xidmətlər göstərilib. Məşğulluq, pensiya, müavinət, sosial xidmət və s. sahələr üzrə 132 xidmətin göstərildiyi  mərkəzlərdə vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 96 faiz təşkil edib.

Sosialxəbər.az bildirir ki, DOST mərkəzləri üzrə 4 min nəfərə isə sosial xidmətçilər və DOST könüllüləri tərəfindən evlərində sosial xidmətlər göstərilib. Onlardan tənha ahıl və əlilliyi olan şəxslərlə yanaşı,  396 nəfəri yaşı 65-dən yuxarı olanlardır.

142-Çağrı mərkəzi tərəfindən  isə 2020-ci ilin ilk 6 ayında  422 min müraciət cavablandırılıb. Bu, ümumilikdə 2019-cu il üzrə müvafiq göstəricidən 70,7 faiz çoxdur.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Bunu da oxu

Baş prokurorun müavinlərinin sayı artırıldı

Baş Prokurorluğun struktur qurumlarının sayı 15-dən 18-ə çatdırılıb. Sosialxəbər.az  xəbər…