“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 01.05.2019-cu il tarixindən “ Azərbaycan Respublikasının Dövlət Himninin işarət dilində hazırlanması və təqdimatı” layihəsnin icrasına başlanılıb.

Bu barədə Sosialxəbər.az-a layihə rəhbəri Cəmilə Çingizqızı bildirib. Onun sözlərinə görə, “Azərbaycan Himnimizin İşarət dilində tam professional şəkildə hazırlanması və təqdim edilməsi layihəsinin məsuliyyəti çox böyükdür. Bu layihə , Azərbaycan Respublikasının, eşitmə məhdudiyyətli insanlarına olan diqqətdən, cəmiyyətimizdə önəmli olmasından, məhdudiyyəti insanların vətənpərvər ruhda yetişməsindən xəbər verir. İnanırıq ki, bu Himn Dövlət tədbirlərində, məktəblərdə, idman yarışlarında çox maraqla qarşılanacaq. Bu üzdən himnin sözlərinin düzgün şəkildə İşarət dilində tərcümə olunması bizim üçün çox önəmlidir.”

Hal hazırda layihə hazırlıq mərhələsindədir. 10 may 2019 cu il tarixində Azərbaycan Respublikasının dövlət himnin İşarət dilində düzgün şəkildə tərcümə edilməsi məqsədilə, İşarət dili üzrə mütəxəssislərlə görüş təşkil edilib. Toplantıda iştirak edən mütəxəssizlər himnin hər bir sözünü diqqətlə müzakirə ediblər. Görüşdə iştirak edən ekspertlərin fikirləri tam öyrənilək, himnin sözləri İşarət dilində təsdiqləndi. Məşq prosesinə təlimçilər və himni işarət dilində ifa edən gənclər seçildi. Gənclərin ilk məşq prosesi 15 may tarixinə qərarlaşıb.