“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 01.05.2019-cu il tarixindən
“Azərbaycan Respublikasının Dövlət Himninin işarət dilində hazırlanması və təqdimatı” layihəsnin icrasına başlayıb.

Sosialxəbər.az xəbər verir ki, layihənin növbəti mərhələsinin gedişi haqqında layihə rəhbəri Cəmilə Çingizqızı məlumat verərək bildirib ki, bu layihənin adı kimi özü də möhtəşəmliyi ilə digərlərindən fərqlənir.

Layihənin möhtəşəmliyinin birincisi ondan ibarətdir ki, bu layihədə Azərbaycanımızın Dövlət Himnindən sohbət gedir , digər tərəfdən bunun üstün cəhətlərindən biri isə himni ifa edənlərin hər birinin eşitmə məhdudiyyəti olan gənclərin olmasıdır. Çəkilişlər Qobustan Tarixi qoruq, Dağüstü park ərazilərində baş tutdu. İsti hava şəraitində çəkilən kadrlar bu gəncləri yormur. Onlar böyük həvəslə və qürur hissi ilə Himni ifa edirlər.

Hal-hazırda çəkilişlər tamamlanaraq montaj və digər texniki işləri görülməkdədir. Layihənin təqdimat mərasimi iyul ayının son həftəsində Bakı Mətbuat Mərkəzində baş tutacağı planlaşdırılıb. Təqdimat mərasiminə bir çox dövlət qurumları, QHT-lər, KİV-nümayəndələri dəvət olunacaq.