Sosialxəbər.az xəbər verir ki, Beynəlxalq “Ahıllar Günü” münasibəti ilə Dövlət Sosial Müdafiəsi Fondu Xəzər rayon şöbəsinin müdiri Firdovsi Bədələov və fondun əməkdaşları Buzovna,Mərdəkan və Zirə qəsəbəsində yaşayan ahıllara baş çəkiblər.

Fondun müdiri Firdovsi Bədəlov hər bir ahılı evində ziyarət edərək,onların problemlərini dinlədi və həll olunacaq problemlər elə yerində həllini tapdı. Sonra Ahıllar günü münasibəti ilə onları təbrik etdi və fond tərəfindən hər bir ahıla sovqat paylanıldı.

Ahıllar ölkəmizdə gedən son sosial islahatlardan razı qaldıqlarını,ölkə başçısının onları hər zaman diqqətdə saxladıqlarını qeyd etdilər. Sonda Firdovsi Bədəlova və əməkdaşlarına öz minnətdarlığlarını bildirdilər.