Əsas Səhifə Siyasət Dövlət Vergi Xidməti rəisini və dörd müavinini Prezident təyin edəcək və vəzifədən azad edəcək

Dövlət Vergi Xidməti rəisini və dörd müavinini Prezident təyin edəcək və vəzifədən azad edəcək

3 dəqiqə oxundu
0
0
5,139

Dövlət Vergi Xidməti rəisini və dörd müavinini Prezident təyin edəcək və vəzifədən azad edəcək

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.

Sosialxəbər-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsində əksini tapıb.

Əsasnaməyə əsasən, Xidmətin fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi rəis rəhbərlik edir.

Rəis Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqlarının həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

Rəisin Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 4 müavini var. Rəisin müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Siyasət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Şuranın dəstəyi ilə əlilliyi olan gənclərin peşə kursları yekunlaşdı

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏS…