Əsas Səhifə Milli Qəhrəmanlar DSX-nin əsgəri bədbəxt hadisə nəticəsində öldü

DSX-nin əsgəri bədbəxt hadisə nəticəsində öldü

2 dəqiqə oxundu
0
0
107

Bu gün saat 09:15 radələrində Dövlət Sərhəd Xid­mətinin (DSX) Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissəsinin müd­dətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış əsgər Qurbanlı Natiq Elçin oğlu təsər­rüfat işlərinin görülməsi zamanı ehti­yatsızlıq səbəbindən baş ver­miş bəd­bəxt hadisə nəticəsində vəfat edib.

Sosialxəbər.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Milli Qəhrəmanlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…