Elon Musk, chief executive officer of Space Exploration Technologies Corp. (SpaceX), speaks before the unveiling of the Manned Dragon V2 Space Taxi in Hawthorne, California, U.S., on Thursday, May 29, 2014. The Dragon V2 manned space taxi, an upgraded version of the unmanned spacecraft Dragon, will be capable of sending a mix of cargo and up to seven crew members to the International Space Station. Photographer: Patrick T. Fallon/Bloomberg via Getty Images

Son zamanlar dünyada kosmik resursların bölüşdürülməsinə diqqət kəskin artıb. Elon Musk və Ceff Bezons kimi nəhənglər də bu sahəyə milyardlarla yatırımlar edirlər.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib. O, 2022-ci ildə Azərbaycanın Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsinin ciddi hadisə olduğunu bildirib:

“Əvvəllər Beynəlxalq Astronavtika Federasiyasına kosmik ölkələr və elmi-tədqiqat yönümlü qurumlar qəbul edilirdisə, indi burada kosmik biznesin çəkisi artmaqdadır. Artıq adı çəkilən şəxslər də bu konqresin işində aktiv iştirak etməyə başlayıblar.

Azərbaycandan 3 qurum, Azərkosmos, Şamaxı Rəsədxanası və Milli Aerokosmik Agentliyi Federasiyanın üzvüdür. Beləliklə, 2 ildən sonra ölkəmizə 70-dək ölkədən dünyanın 5-6 min nəfərlik kosmos ailəsinin üzvləri gələcək.

“SpaceX” şirkətinin CEO-u Elon Musk və “Amazon” şirkətinin təsisçisi və CEO-su , “Blue Origin”in rəhbəri , dünyanın ən zəngin insanı Ceff Bezos da Bakda keçiriləcək Astronavtika Konqresinə qatılacağını gözləmək olar”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Azərkosmos”un rəhbəri Rəşad Əliyevi qəbul edib.