Əsas Səhifə Dünya Dünya sürətlə silahlanır: ABŞ birinci, Rusiya… – Siyahı

Dünya sürətlə silahlanır: ABŞ birinci, Rusiya… – Siyahı

2 dəqiqə oxundu
0
0
30

Dünyanın ən böyük hərbi büdcəsi olan ölkələrin siyahısı müəyyənləşib. Bu informasiyanı “Ceyns Defens Vikli” jurnalı apardığı araşdırmadan sonra yayıb. Araşdırmaya əsasən 2016-cı ildə ən böyük hərbi büdcə ABŞ-a məxsusdur. Ondan sonrakı yerləri isə Çin, Böyük Britaniya, Hindistan və Səudiyyə Ərəbistanı tutur. Rusiya bu il altıncı yerdə qərarlaşmalı olub.

Jurnal həmçinin 2018-ci illə bağlı proqnoz da verib. Belə ki, 2018-ci ildə ABŞ öz hərbi büdcəsini 625,1 milyard dollara qədər artıraraq yenə liderliyini qoruyacaq. Ondan sonrakı yeri isə 210,5 milyard dollarla Çin tutacaq. Siyahıda əsas dəyişiklik Britaniya ilə bağlı olacaq. Hindistan hərbi büdcəsini 56,5 milyard dollara çatdırmaqla Britaniyanı (hərbi xərcləri 54,4 milyard dollar olacaq – red.) önləyəcək. Beşliyi 47,6 milyardla Ər-Riyad qapadacaq.

2018-ci ildə ilk onluqda həmçinin Fransa (45,1 milyard), Rusiya (41,1 milyard), Yaponiya (41 milyard), Almaniya (37,9 milyard) və Cənubi Koreya da (35,6 milyard) olacaq.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…