Əsas Səhifə Qarabağ Düşmən növbəti dəfə Gəncəni raketlə vurdu: 13 ölü, 40 yaralı

Düşmən növbəti dəfə Gəncəni raketlə vurdu: 13 ölü, 40 yaralı

2 dəqiqə oxundu
0
0
78

Ermənistan silahlı qüvvələri növbəti dəfə Gəncə şəhərini ballistik raketlə vurub.

Sosialxəbər.az xəbər verir ki, bir neçə dəqiqə əvvəl şəhərdə ardıcıl partlayış səsi eşidilib.

Raketlərdən biri yaşayış evlərinin ərazisinə düşüb. Bir neçə ev dağılıb. Dağntılar altında qalan və ölənlərin olduğu ehtimal edilir.

***

Dağıntılar altından yaralılar çıxarılır. Onların arasında bir uşaq olduğu görünür…

***

İlkin məlumata görə, raket hücumu nəticəsində 3 nəfər həlak olub, 3 nəfər isə yaralanıb…

***

Son məlumatlara görə, raket hücumu nəticəsində 5 nəfər həlak olub, 35 nəfər yaralanıb. Ölənlərdən 2-si uşaqdır.

***

Ermənistan tərəfindən Gəncənin alçaq raket atəşi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

***

Raket hücumu nəticəsində ölənlərin sayı 10-a, yaralıların sayı isə 40-a çatıb.

***

Gəncə şəhərini raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Qarabağ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

BƏƏ vətəndaşları viza almadan İsrailə səfər edə biləcək

BƏƏ vətəndaşları viza almadan İsrailə səfər edə biləcək. Sosialxəbər.az xəbər verir ki, bu…