Əsas Səhifə Qarabağ Düşmənin 5-6 kənddəki mövqeləri dağıdıldı

Düşmənin 5-6 kənddəki mövqeləri dağıdıldı

4 dəqiqə oxundu
0
0
1,179

Ermənistanın səfehcə vədləri, bəyanatları bu ölkənin işğalçı, dağıdıcı siyasəti ilə bağlıdır.

Sosialxəbər.az bildirir ki, Bunu Axar.az-a politoloq Tofiq Abbasov Dağlıq Qarabağ separatçılarının “lideri” Araik Arutyunyanın sülh danışıqlarına qarşı çıxmasını şərh edərkən deyib. O bildirib ki, bu sözlər təkcə Arutyunyanın yox, daha çox rəsmi İrəvanın fikridir:

“Bu fikirləri Qarabağdakı terrorçu qurumun qondarma “lideri”nin “ağzına qoyurlar” ki, səsləndirsin. Həmçinin Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan da bu fikri ifadə edib. Guya işğalçı tərəf sülhə, bərabər əməkdaşlığa və qonşuluq siyasətinə hazırdır. Ancaq siyasətdə vədlər yox, hərəkət lazımdır. Bu baxımdan, Ermənistan ard-arda təxribatlar törədir, Naxçıvan əhalisini hədələyir, Gəncəni vurmaqla Azərbaycana qorxu hissi yaşatmağa cəhd edir. Ümumiyyətlə, Ermənistanın siyasi portfelində insanlığa, sabitliyə, sülhə, əmin-amanlığa qulluq edən bir vasitə yoxdur. Və buna görə də bu ölkə dağıdıcı siyasət həyata keçirərək bölgədə gərginliyi saxlamağa, Azərbaycana psixoloji təsir göstərməyə çalışır, arabir 3-cü tərəfin, daha dəqiq desək, Rusiyanın arxasında gizlənərək, müxtəlif insidentlərə qol qoyur və zərbə alan kimi geri çəkilir”.

Politoloq qeyd edib ki, separatçı-terrorçu qurum “lideri”nin bu qanunazidd bəyanatları və İrəvanın hərbi təxribat cəhdləri Azərbaycan üçün yeni deyil:

“Biz buna tam hazırıq. Tovuz hadisələrində dağıdıcı tərəf törətdiyi təxribata görə itkilər verdi və ən azı 5-6 kənddəki mövqeləri məhv edildi. İndi də işğalçı ölkə rəzil olmamaq üçün özünü “güclü bənd” kimi qələmə verərək, Azərbaycanla danışıqlara hazır olduğunu göstərməyə çalışır”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Qarabağ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Kontakt Home” əsgər ailələrinin kreditini dondurdu

“Kontakt Home” elektron məişət məhsulları mağazası maraqlı aksiyaya start veri…