Əsas Səhifə Qarabağ Düşmənin xeyli sayda hərbi texnikası məhv edildi

Düşmənin xeyli sayda hərbi texnikası məhv edildi

2 dəqiqə oxundu
0
0
102

Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Qoşunlarımız tərəfindən həyata keçirilən uğurlu tədbirlər nəticəsində qarşı tərəf ciddi itki verib və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib.

Sosialxəbər.az bildirir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd “Tor-M2KM” zenit raket kompleksi, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd D-1 haubitsa topu, bir neçə PUA-sı və avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Qarabağ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

İzmirin mərkəzində də zəlzələ ola bilər

İzmirin mərkəzində də zəlzələ ola bilər. Sosialxəbər.az xəbər verir ki, bu açıqlama ilə zə…