Əsas Səhifə Başliqlar Ehsan Zahidov Mehdiyevin iddiasına cavab verdi

Ehsan Zahidov Mehdiyevin iddiasına cavab verdi

3 dəqiqə oxundu
0
0
79

Polisləri iş başında çəkilməsinə qadağa qoyulması ilə bağlı iddialara DİN-dən reaksiya verilib.

Sosialxəbər.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Axar.az-a açıqlamasında belə bir qadağanın olmasıyla bağlı deyilənlər yalan olduğunu deyib.

“Fərhad Mehdiyev ad-soyadlı hüquqşünas iddia edib ki, hansısa bilinməyən səlahiyyətə istinadən DİN jurnalistlərə qadağa qoyub – polisləri iş başında çəkmək olmaz. Mən isə DİN-in Mətbuat Xidmətinin rəisi kimi bildirirəm ki, DİN peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə hər hansı qadağa qoymayıb. Əksinə, hazırda bizim bütün KİV-lərlə, bütün media nümayəndələri ilə sıx əməkdaşlığımız var.

Bunu gündəlik olaraq mətbuatı izləyən hər bir kəs açıq-aydın görür və eşidir. Hansı mətbuat orqanının təmsilçisi olmasından asılı olmayaraq, həm nazirliyin qapıları, həm də telefonlarımız hər bir jurnalistin üzünə, zənginə açıqdır. Buyurun xəbər saytlarına, TV kanallarına baxın və rastlaşacağınız foto-videoların çoxunun məhz polisin fəaliyyəti ilə bağlı olduğunu görəcəksiniz.

Əvvələr bu barədə bildirsək də, bir daha xatırladıram ki, biz o şəxslərin telefonla foto-video çəkmələrini məhdudlaşdırırıq ki, onlar polisəməkdaşlarına xidməti vəzifələrini yerinə yetirməkdə mane olurlar və ya hər hansı icazəsiz aksiyanın iştirakçılarına qoşularaq telefonla polis əməkdaşlarının fotolarını çəkirlər. Amma jurnalist etikasına əməl edən əsl jurnalistlərə tərəfimizdən heç bir məhdudiyyət qoyulmur, əksinə onlarla əməkdaşlığımızı daha da genişləndirməkdə maraqlıyıq”.

 

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Başliqlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Ermənilərin məqsədi açıq-aşkar görünür” ÖZƏL-MÜNASİBƏT

Azərbaycana Suriyadan döyüşçülərin gəldiyi barədə ermənilərin davamlı şəkildə dezinformasi…