Əsas Səhifə Hadisə EI AI aviaşirkətinin stüardessası qızılca xəstəliyindən ölüb

EI AI aviaşirkətinin stüardessası qızılca xəstəliyindən ölüb

1 dəqiqə oxundu
0
0
17

İsrailin EI AI aviaşirkətinin stüardessası qızılca xəstəliyindən ölüb.

Sosialxəbər.az xəbər verir ki, 43 yaşlı çoxuşaqlı ana Rotem Amitay Nyu-Yorkdan Tel-Əvivə martın 26-da uçub.

Uçuşdan bir neçə gün sonra stüardessanın birdən-birə qızdırması qalxıb və o, koma vəziyyətinə düşüb.

Həkimlər qadına ölümə gətirib çıxaran ensefalit və beyin ödəmi diaqnozu qoyublar.

İsrailin Səhiyyə Nazirliyi stüardessanın xəstəliyə harada yoluxduğunu hələ ki müəyyənləşdirməyib, lakin qadının uşaq vaxtı qızılca əleyhinə peyvənd olunduğunu qeyd edib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

Gəncədə yanacaqdoldurma məntəqəsi partladı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhəri,…