Sosialxəbər.az xəbər verir :-Saytımıza 20 Yanvar Fondu, 20 Yanvar Şəhid Ailələrinin Hűqüqlarının Təmin Olunması Ictimai Birliyinin sədri Maraql Qocaman müraciət edərək qeyd edirki Bakı şəhər İcra hakimyyəti tərəfindən şəhid ailələrinin hüquqları pozulur. Belə ki, 20 Yanvar Şəhid Ailələri adından Baki şəhəri icra başcısı Eldar Əzizova məktub şəklində muraciət olunaraq, 20 Yanvar Şəhidlərimizə (cavan Şəhid olmuş 18-21 yaş) Yubiley tədbiri -50 illik kecirmək istədiklərini bildiriblər. Yazılı müraciətdən sonra,Bakı şəhər icra hakimyyəti başçısı Eldar Əzizov tərəfindən bu yubleyin keçirilməsinə icazə verilməyib.

Birliyin sədri Maral Qocamanın sözlərinə görə, təşkilat əlavə təkliflərlə müraciət edərək, Şəhidlər Xiyabaninda pilləkənlərin hündür olmasını nəzərə alıb orda divar boyu məhərrəcclərin quraşdırılması, əlil və yaşlı insanlariın rahat ziyarət etməsi ucun pandusların duzəldilməsi, xarici ölkədən ziyarətə gələnlərin bu barədə anlayışı olsun deyə məzarlıqların qarşısında bir neçə dildə lövhələrin qoyulması ilə bağlı müraciətimizə də cavab verilməyib.

Lakin Eldar Əzizov nə bizi qəbul edir , nədə məktublarımıza cavab verir.
Belə cıxır ki, Azərbaycanda nara, kartofa , balqabaga bayram edib yubiley kecirtmək olar, amma ŞƏHIDLƏRIMIZƏ YOX!

Qeyd edək ki, bir neçə il öncə Sumqayıt şəhəri “Nəsimi” parkında abadlıq işləri adıyla qanunsuz sökdürdüyü şəhid ailələrinin və əlillərin iaşə obyektləri ilə bağlı yazılan məktubları Sumqayıt icra başçısı işləyən Eldar Əzizov cavabsız qoydu.