Əsas Səhifə Milli məclis Elməddin Behbud: “Cəmiyyətdə seçkilərə kifayət qədər maraq var”

Elməddin Behbud: “Cəmiyyətdə seçkilərə kifayət qədər maraq var”

2 dəqiqə oxundu
0
0
178

Sosialxəbər.az bildirir ki, “Namizədlərin təbliğat-təşviqat kampaniyasını aparmaları üçün geniş imkanlar mövcuddur. Həm yaradılan şərait, eyni zamanda, internet resurslarından istifadə namizədlərin tanınması və əhali qrupları ilə işləmələri baxımından geniş imkanlar yaradır”. Bu sözləri secki-2020.az saytına açıqlamasında “Demokratik Azərbaycan naminə” İctimai Birliyinin sədri, siyasi-analitik Elməddin Behbud bildirib.

O qeyd edib ki, qarşıdan gələn parlament seçkilərinin şəffaf, demokratik mühitdə keçirilməsi üçün hər cür şərait yaradılıb: “Budəfəki seçkilər əvvəlki parlament seçkilərinə nisbətdə daha gərgin və rəqabətli mübarizə şəraitində keçəcək. Cəmiyyətdə seçkilərə kifayət qədər maraq var. Çünki həm namizədlərin çoxluğu müşahidə olunur, həm də müxtəlif sosial kateqoriyaları təmsil edən perspektivli və iddialı şəxslər seçki prosesinə qatılıblar”.

QHT rəhbəri əlavə edib ki, yeni gənc namizədlərin də seçki prosesinə qoşulması, fəal təbliğat-təşviqat kampaniyası aparması seçkiöncəsi mühiti daha da stimullaşdırır. 

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Milli məclis

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

İlham Əliyev 2 sərəncam imzaladı

Prezident İlham ƏIiyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidə…