Əsas Səhifə Cəmiyyət Elmar Məmmədyarov: “Ermənistan görüşdən qaçır“

Elmar Məmmədyarov: “Ermənistan görüşdən qaçır“

5 dəqiqə oxundu
0
0
31

 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi səfərlə Bakıdadır. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş baş tutub. Rəsmi görüşdən sonra hər iki ölkənin xarici işlər nazirləri jurnalistlər üçün mətbuat konfransı keçiriblər.

Elmar Məmmədyarov görüş barədə jurnalistləri məlumatlandıraraq bildirib ki, Çavuşoğlu azərbaycanlı həmkarına Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüş barədə məlumat verib. Bundan başqa görüşdə Dağlıq Qarabağ münaqişəsi başda olmaqla bir sıra siyasi və iqtisadi məslələr müzakirə olunub:

“Hamburqda gözlənilən ATƏT-in sammiti ilə bağlı da müzakirə apardıq. Mən dünən Hamburq görüşü ilə bağlı Anjey Kaspşiklə danışdım, Ermənistandan hələ də bir xəbər yoxdu. Ermənistan tərəfi isə görüşlərdən qaçır. Deməli, sözləri yoxdur.”

Türkiyə xarici işlər naziri çətin vaxtlarda ölkəsinə verdiyi dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyeva təşəkkür edib:

“Azərbaycanın fətullahçı terror təşkilatının fəaliyyətinin qarşısının alınması istiqamətində görülən işləri yüksək qiymətləndiririk.”

Çavuşoğlu Azərbaycan və Türkiyə arasındakı layihələrin birinci yerdə dayandığını bəyan edib:

“Əməkdaşlığımızı inkişaf etdirmək üçün daim çalışırıq. Bakı-Tibilis-Qars, TANAP bizim üçün birinci dərəcəli layihələrdir. Azərbaycan qazı əvvəl Türkiyəyə gələcək, daha sonra Avropaya ixrac olunacaq”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, NATO-nun Əfqanıstanda sülhyaratma prosesi ilə bağlı 2017-ci ildə “İstanbul prosesi”nə Azərbaycan rəhbərlik edəcək:

“Azərbaycan da Əfqanıstana tezliklə sülh gəlməsini istəyir”.

Bundan başqa, Azərbaycan xarici işlər naziri bəyan edib ki, Türkiyə və Azərbaycan arasında ticarətlə bağlı 200-dən artıq sənəd imzalanıb.

“Ancaq Çin, Rusiya, İran kimi üçüncü ölkələr də nəzərə alınmaqla, yeni ticarət sənədlərinin imzalanmasını vacib sayırıq və bu istiqamətdə İşçi Qrupuna tapşırıq vermişik.”

Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçlü formatda görüşün keçirilməsi də müzakirə olunub:

“Gələn ilin əvvəllərində enerji və xarici işlər nazirlərinin görüşlərinin keçirilməsini nəzərdə tutmuşuq. Ancaq bu görüşlər görüş xətrinə olmamalı, konkret nəticəsi olmalıdır.”

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…