Əsas Səhifə QHT - lər “Erməni mətbuatında məyusluq hiss olunmaqdadır”

“Erməni mətbuatında məyusluq hiss olunmaqdadır”

4 dəqiqə oxundu
0
0
160

“Bu təlimlər düşmən qüvvəyə ciddi psixoloji mesajdır”.

Bunu Sosialxəbər.az – a çıqlamasında “Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyinin sədri, tədqiqatçı Əkrəm Bəydəmirli deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Ordumuzun hərbi-texniki sahədə inkişafına, yeni biliklərin qazanılmasına səbəb olur:

“Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş təlimlərinin birinci mərhələsi yekunlaşmaq üzrədir. Təbii ki, Türkiyənin hərb sistemi kifayət qədər inkişaf edib. Ona görə də təcrübə mübadiləsi baxımından, Türkiyənin hərb sistemindən öyrəniləsi məqamlar çoxdur. Belə təlimlərin davamlı və uzunmüddətli olmasının tərəfdarıyam”.

Ə. Bəydəmirli bildirib ki, hər iki ölkənin silahlı qüvvələri taktiki təlimlərlə yüksək nəticələr əldə edib:

“Bu təlimlərdən hər iki ölkənin hərbçilərinin yetərincə faydalandığını düşünmək olar. Sevindirici haldır ki, təlimlər müsbət əhval-ruhiyyə yaradıb. Bu, bir daha onu göstərir ki, pandemiyaya baxmayaraq, Ordumuz taktiki təlimlərini davam etdirir. Təlimlərin gedişində Azərbaycan Ordusunun silahlanmasında olan müasir silah-sistemlərinin tətbiqi metodları təkmilləşdirilir, döyüşün aparılmasında taktiki üsullar işlənilir. Digər tərəfdən, bu təlimlər düşmən qüvvəyə ciddi psixoloji mesajdır. Artıq erməni mətbuatında bu məyusluq hiss olunmaqdadır”.

Qeyd edək ki, Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir.
Bu mərhələdə Quru Qoşunlarının bölmələri mürəkkəb taktiki elementləri məşq ediblər.

Bölmələr müasir döyüş vasitələrindən istifadə edərək şərti düşmən hücumunun dəf edilməsi tapşırıqlarını yerinə yetiriblər.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin QHT - lər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…