Əsas Səhifə Siyasət “Ermənilər elə bilir ki, yenə Azərbaycanın ordusu yoxdur”

“Ermənilər elə bilir ki, yenə Azərbaycanın ordusu yoxdur”

12 dəqiqə oxundu
0
0
30

Ermənilərin tutmaq istədiyi daha 5 rayon

Ermənistanın birici prezidenti Levon Ter-Petrosyan rəhbərlik etdiyi müxalifət partiyası Ermənistan Milli Konqresinin ikinci qurultayında Azərbaycanı hədələyən bəyanatla çıxış edib.

Prezident Serj Sarkisyanın Ermənistan ordusunu böhrandan xilas etmək üçün irəli sürdüyü “ordu-millət” ideyasının cəfəngiyyat olduğunu tam təsfilatı ilə sübut edən Levon Ter-Petrosyan birdən-birə tam tərsinə fikir irəli sürüb və Azərbaycanı hədələməyə başlayıb: “Ordu-millət” ideyasının cəfəngiyyat olduğunu sübut edən Ter-Petrosyan birdən-birə tam tərsinə fikir irəli sürüb.
“Əgər Azərbaycan rəhbərliyi bu çıxışın barış ruhunu və erməni xalqının sülhə can atmasını zəiflik əlaməti sayarsa və Qarabağ məsələsində daha sərt mövqe tutarsa, böyük səhv etmiş olar. Düşünürəm ki, aprel müharibəsi artıq onlara başa salıb ki, erməni xalqı təhlükə anında birləşib istənilən qəsdə qarşı güclü əks zərbə vura bilər. Allah eləməsin, bu, baş versin, amma onların öz təşəbbüsü ilə başlayacaq növbəti müharibədə Azərbaycan, şəksiz, ağır məğlubiyyətə uğrayacaq və daha dörd-beş rayon itirəcək. Bundan sonra nə baş verəcək, yalnız Tanrıya məlumdur”.

Təbii ki, Qarabağı ələ keçirmək məqsədi ilə yaradılmış “miatsum” hərəkatının hesabına hakimiyyətə gəlmiş Ermənistan Ümumilli Hərəkatının Hələbdə kommunist ailəsində doğulmuş keçmiş lideri daxili siyasət naminə bu cür populist çıxışlardan qaça bilməz. Amma hər halda, Ter-Petrosyan kimi ciddi siyasətçi müəyyən səbəb olmasa, bu cür ambisiyalı bəyanatlar səsləndirməz.

Azərbaycanın sabiq dövlət müşaviri Qabil Hüseynli müsahibəsində Ermənistanda son aylarda Azərbaycana qarşı bu cür sərtləşən ritorikanın Rusiya ilə orduların birləşdirilməsi ilə bağlı bağlanmış sazişdən qaynaqlandığını bildirib: “Təbii ki, Ermənistanın Azərbaycanla müharibə aparmağa heç bir potensialı yoxdur. Amma Rusiya ilə qoşunların birləşməsi barədə saziş imzalandıqdan sonra onlarda özlərinə inam yaranıb. İstər Serj Sarkisyan olsun, istərsə də Levon Ter-Petrosyan məhz bu sazişdən sonra bu cür iddialı çıxışlar edirlər. Onlar düşünürlər ki, Azərbaycanla müharibə olsa, Rusiya Ermənistanı darda qoymaz. Təbii ki, bu cür bəyanatlarla erməniləri ürəkləndirirlər ki, ölkəni qoyub qaçmasınlar”.

Lakin Qabil Hüseynli Azərbaycan ordusunun istənilən halda güclü olacağını bildirir: “Mən sizi əmin edirəm ki, Ermənistan indən belə Azərbaycanın heç bir rayonunu işğal edə bilməyəcək. Rusiya Qarabağa açıq-aydın ordu yeridə bilməz, yalnız Azərbaycan ordusu Ermənistana girsə, onda işə qarışa bilər. Qarabağda yalnız Ermənistanın öz ordusu vuruşmalıdır, o isə Azərbaycan ordusundan çox zəifdir, bunu aprel döyüşləri açıq göstərdi”.

Ola bilər ki, Levon Ter-Petrosyan özü prezident olarkən Rusiya ilə bağlı həyata keçirdiyi hərbi əməkdaşlıq siyasətinin bu dəfə də təkrarlanacağını ümid edir. 1991-ci il noyabrın 11-də Ermənistan prezidenti seçilən Levon Ter-Petrosyan Azərbaycanın Qarabağ cəbhəsində qəlbələrini görüb dərhal Rusiyanın yardımına üz tutdu. Beləliklə, 1991-ci il dekabrın 26-da Ermənistan Rusiyanın patronacı altında yaradılmış Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü oldu. Rusiyadan qeyri-rəsmi hərbi və kəşfiyyat dəstəyi alan Ermənistan Azərbaycanda vətəndaş müharibəsinə, bunun ardınca Qarabağ cəbhəsində qələbələrə nail oldu. Nəticədə, ərazilərinin 20 faizi işğal edilmiş Azərbaycan Rusiyanın vasitəçiliyi ilə atəşkəsə məcbur edildi.

Lakin Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, ehtiyatda olan polkovnik – leytenant Üzeyir Cəfərov bu dəfə müharibə olarsa, bu ssenarinin təkrarlanmayacağını vurğulayır: “Ermənilərin ağlı 90-cı illərə gedib. Elə bilirlər ki, yenə Azərbaycanın ordusu yoxdur və Rusiyadan nizami ordu gələn kimi vəziyyəti dəyəşəcəklər. Elə deyil, indi Azərbaycanın çox güclü nizami ordusu var. Bizim orduda sıravi əsgərlərlə yanaşı 10 minə qədər peşəkar var. Yəni aprel döyüşləri göstərdi ki, Ermənistanın saqqallıların ümidinə qalmış ordusundan fərqli olaraq Azərbaycan müasir ordu qura bilib və bu ordu getdikcə müasirləşir”.

Ermənilərin ümidləndirən digər məsələ isə yeni müdafiə naziri Viqen Sarkisyanın ortaya atdığı “ordu-millət” formatıdır – guya Qarabağda müharibə olarsa, əsas hissəsi xaricdə yaşayan ermənilər hamısı döyüşmək üçün Qarabağa axışacaqlar. Lakin ağıllı ermənilər, elə Levon Ter-Petrosyan bu ehtimalı cəfəngiyyat sayır. Ter-Petrosyan elə qurultayda etdiyi çıxışında Birinci Qarabağ müharibəsində erməni diasporundan cəmi 14 min erməninin iştirak etdiyini bildirib. Gələn ermənilər də əsgər kimi yox, terrorçu kimi davranmağa meylli olublar, buna görə də açıq döyüş zamanı əksəriyyəti həlak olub. Məsələn, Beyrutdan gəlmiş 200 ermənidən ibarət “Arabo” qruplaşması Əskəran döyüşlərində tamamilə qırılmışdı. Bundan sonra, diaspora təmsilçiləri övladlarını Ermənistana buraxmadılar. Erməni gəncləri isə kütləvi şəkildə ölkəni tərk etdilər. O vaxt Rusiyaya qaçmış ermənilər arasında yayılmış yarı zarafat, yarı ciddi bir ifadə vardı: İrəvanı axırıncı tərk edən Zvartnos hava limanında işıqları söndürsün.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Siyasət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…