Əsas Səhifə Cəmiyyət Ermənilərdən ETİRAF: “Azərbaycan ordusu Talış kəndinə doğru 2 kilometr irəliləyib”

Ermənilərdən ETİRAF: “Azərbaycan ordusu Talış kəndinə doğru 2 kilometr irəliləyib”

3 dəqiqə oxundu
0
0
33

Aprel döyüşləri zamanı ən intensiv döyüşlərin baş verdiyi Tərtərin Talış kəndi ermənilər tərəfdindən mühəndis-istehkam qurğuları ilə möhkəmləndirilir.

Ermənistan KİV-i xəbər verir ki, Yerevan Azərbaycan ordusunun operativ nəzarəti altında qalan kəndi yenidən bərpa etməklə mülki sakinləri həmin ərazidə yaşamağa vadar etmək istəyir. Bununla, cəmiyyətdə ruh yüksəkliyi yaratmağa çalışsa da, yerli sakinlər kəndə qayıtmaq istəmir.

Talış kənd administrasiyasının rəhbəri Vilen Petrosyan əvvəllər Azərbaycan ordusunun mövqelərinin Talış kəndinin təxminən 3 kilometrliyində yerləşdiyini desə də, apreldəki döyüşlərdən sonra Azərbaycan ordusunun Talışın 1 kilometrliyində mövqe qurduğunu və ətrafdakı strateji yüksəkliklərdən kəndi nəzarət altında saxladığını deyib.

“Apreldə azərbaycanlılar kəndimizə doğru 2 kilometr irəlilədirlər. Bu şəraitdə kəndə qayıtmağımız təhlükəlidir. Bəzi evlər Azərbaycan ordusunun mövqelərindən açıq-aşkar görünür. Talış sakinləri kəndə dönmək üçün təhlükəsizlik təminatı istəyir”.

Lakin Ermənistan və Qarabağdakı separatçı qurum rəsmiləri kəndin guya, hərbi baxımdan tamamilə möhkəmləndirildiyini və yeni tikiləcək evlərin Talışın Azərbaycan ordusu tərəfindən görünməyən hissəsində yerləşəcəyini deyib.

Bütün vədlərə və güzəştlərə baxmayaraq, hələ ki Talış kəndinə heç bir sakin geri qayıtmayıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…