Əsas Səhifə QHT - lər Ermənilərin məkrli, taktiki gedişləri-Əkrəm Bəydəmirli

Ermənilərin məkrli, taktiki gedişləri-Əkrəm Bəydəmirli

11 dəqiqə oxundu
0
0
142

Sosialxəbər.az Tarixi proseslərə nəzər salsaq görərik ki, bütün məqamlarda ermənilər yaranmış vəziyyətdən istifadə edərək çirkin planlarını həyata keçirməyə cəhd göstəriblər. Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə buraxılırdı. Təbii ki, belə qara siyasətdə normal qonşuluq prinsirlərindən, digər xalqların nümayəndələri ilə birgə yaşam tərzindən, sülhdən söhbət gedə bilməz. Faşizmin təzahürü olan ermənilər deyəsən, heç zaman sülh şəraitində yaşamayacaqlar. Ancaq koronavirusdan betər olan erməni xəstəliyinin dərmanı beynəlxalq hüquqi prinsiplərə əsaslanan sərt cəza mexanizmləri ola bilər.

İnidi isə hayların bəzi məkrli planları haqqında danışmaq istərdim. Azərbaycanın Tovuz rayonu istiqamətində erməni təxribatları, dinc sakinlərin evlərinin atəşə tutulması, insan itkiləri və bu istiqamətdə cərəyan edən proseslər düşmənlərimizin məqsədli addımları idi. Ermənistanda getdikcə dərinləşən sosial-iqtisadi gərginlik, baş nazir N. Paşinyanın uğursuz siyasəti, tüğyan edən pandemiyanın yaratdığı fəlakət əhalini acınacaqlı duruma salıb. Məhz belə məqamda cəbhə bölgələrində ermənilərin müxtəlif təxribatları baş verir. Məlum məsələdir ki, bu, öncə Ermənistanda daxili auditoriyaya hesablanmış addımıdır. Onların daha bir məkrli planı odur ki, Dağlıq Qarabağ problemindən və işğal altında qalan Azərbaycanın digər rayonlarından diqqət yayınsın.

Son dövrlər dünyanın bir çox regionlarında erməni diasporu üzvlərinin təşkilatlanmış qaydada Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin inzibati binalarına qarşı törətdikləri vandalizm faktları, diplomatik missiya nümayəndələrinə hücumlar və dinc etiraz aksiyaları keçirən azərbaycanlılara qarşı fiziki güc tətbiq edilməsi erməni xislətini, məkrli planlarını ortalığa çıxarıb.

İstər Tovuz istiqamətindəki erməni təxribatı, istərsə də xarici ölkələrdə dinc etiraz aksiyaları keçirən azərbaycanlılara qarşı erməni təxribatlarının kökündə həm də Dağlıq Qarabağ məsələsini unutdurmaq, arxa plana keçirmək kimi qara niyyətləri var. Müşadhidələır onu bir daha təsdiqləyir ki, erməni təxribatları beynəlxalq təşkilatların sülh imitasiyasından, cəzasıqlıq mühitindən qaynaqlanır.

Cinayətkar cəzalanmırsa, ciddi iqtisadi sanksiyalarla üzləşmirsə o zaman paşinyanlar özlərini rahat hiss edəcəklər. Dünyanın ikizüzlü siyasi dairələrinin loyal münasibəti təcavüzkarı ruhlandırır. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatlarına nəzər salanda bir daha aydın görürük, bu təşkilat erməninin işinə daha çox yarayır. Avropanın demokratiya beşiyində dinc etirazçılara qarşı törədilmiş erməni vəhşiliyinə bu təşkilatın loyal bəyanatı ATƏT-in Minsk Qrupunun kitabını bağladı. Həmsədrlərin münaqişəyə baxışı dəyişməsə, heç 100 bundan sonrada bu münaqişə ədalətli həll olmayacaq
Ən acınacaqlısı odur ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri öz bəyanatlarında erməni vəhşiliyini pisləyən elementlərə rast gəlmək mümkün deyil.

Real vəziyyəti təhlil edəndə bu qənatə gəlmək olar ki, biz həm diplomatik cəbhədə, informasiya müharibəsində, həm də döyüş meydanlarında gücümüzü daha da artırmalıyıq. Düşmən əlini qaldırıb təslim olana qədər bütün cəbhələrdə hücumda olmalıyıq.

Haqqın, ədalətin yolunda aparılan bu, savaş kampaniya xarakterli olmamalıdır. Bütün cəbhələrdə düşmənə nəfəs dərməyə macal verməməliyik. Ən vacibi informasiya müharibəsini peşəkarlar aparmalıdır. Qeyri peşəkar informasiya yayımı düşmənə sərfəli olur. Son hadisələr zamanı, xüsusilə, Tovuz istiqamətində gedən döyüşlər dövründə informasiya yayımı işi bir daha təhlil olunmalıdır. Bu prosesin təkmiləşməsi zəruridir.

Nəhayət, vətənpərvərlik məsələsinə diqqət yetirmək istərdim. Əslində hər kəs vətənpərvər olmalıdır. Lakin şüurlu və məsuliyyətli vətənpərvərlik lazımdır. Yəni hər kəs Millətə, Dövlətə öz peşəkar, ləyaqətli işi ilə xidmət edəcəksə bunun faydası daha çox olur. Xüsusi məqsədlərlə, bir çox hallarda səmimiyyətdən uzaq sosial şəbəkə qəhrəmanlığı vətənpərvərlik ola bilməz.

Sonda Cənubi Qafqazı öz nəzarətində saxlamaq məqsədilə Qarabağ münaqişəsini təzyiq vasitəsinə çevirən Rusiya konfliktin həllində açıq, ədalətli mövqeyini ortalığa qoymalıdır. Bu gün Rusiya belə addımı atarsa regionda öz nüfuzunu qoruya bilər. Zaman ən ədalətli hakimdir. Bunu unutmaq olmaz. Gələcəkdə elə şərait yetişər ki, Rusiya nəinki Qarabağ məsələsini çözməyə, heç öz ərazilərində olan problemləri də həll etməyə gücü qalmaz.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin QHT - lər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə

Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb ets…