Əsas Səhifə Qarabağ Ermənistan atəşkəs rejimini 24 dəfə pozub

Ermənistan atəşkəs rejimini 24 dəfə pozub

2 dəqiqə oxundu
0
0
25

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Sosialxəbər.az xəbər verir ki, Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Qarabağ

Bir cavab yazın

Bunu da oxu

Koronaya yoluxanların sayı kəskin azaldı

Azərbaycanda 144 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 435 nəfər müal…