Əsas Səhifə Qarabağ Ermənistan cəmiyyəti iki yerə bölünüb

Ermənistan cəmiyyəti iki yerə bölünüb

2 dəqiqə oxundu
0
0
158

Ermənistan cəmiyyəti iki yerə bölünüb: keçmiş prezident Robert Köçəryanın tərəfdarları ilə Nikol Paşinyanın tərəfdarları məğlubiyyətlərə görə bir-birini ittiham etməyə başlayıb.

Sosialxəbər.az xəbər verir ki, hətta Qarabağ cəbhəsindəki məğlubiyyətlərə görə Köçəryanın tərəfdarları sevinməkdən belə çəkinmir. Onlar bu məğlubiyyətlərin Paşinyan hakimiyyətinin sonunu gətirəcəyini düşünürlər.

“Hraparak” qəzeti yazır ki, bəziləri Paşinyanın İlham Əliyevin istəklərini yerinə yetirdiyini də iddia edir:

“Onlar ittiham etmək fürsətini qaçırmırlar, səlahiyyətliləri uğursuzluqda günahlandırır və hər bir uğursuzluğa da sevinirlər”.

Bəzi media orqanları isə Robert Köçəryanın tələm-tələsik Ermənistandan işğal altındakı Azərbaycan ərazilərinə gəlməsini “təəssüb çəkmək yox, özünə xal yığmaq” kimi qiymətləndirirlər.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Qarabağ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Azad edilən ərazilərlə bağlı açıqlamalarınız

Azərbaycan torpaqları 30 ildir işğal altındadır. Bütün danışıqlara baxmayaraq, 30 il boyun…