Əsas Səhifə Siyasət Ermənistan İslam dinini təhqir edir

Ermənistan İslam dinini təhqir edir

7 dəqiqə oxundu
0
0
32

 

İran Prezidentinin Ermənistana səfəri Azərbaycanda narahatlıqla qarşılanır. Bunu açıqlamasında politoloq, millət vəkili Elman Nəsirov bəyan edib.

Onun sözlərinə görə, bir məsələ İran tərəfinin diqqətindən yayınmamalı idi ki, söhbət Ermənistanın sadəcə Azərbaycanın torpaqlarının işğalından yox, müsəlman ölkəsi olan Azərbaycan torpaqlarının işğalından gedir: “İran prezidenti elə bir ölkəyə səfər edir ki, o ölkə Azərbaycan torpaqlarını işğal altında saxlayır. Bizim bir milyondan çox məcburi köçkün və qaçqınımız var. İranın müsəlman bacı-qardaşları məcburi köçkün və qaçqın vəziyyətində yaşayırlar. Eyni zamanda, İran tərəfi Azərbaycanın işğal altında qalan bütün məscidlərinin Ermənistan tərəfindən məhv edilməsi məsələsinə biganə yanaşmamalıdır. Bizim tarixi abidələrimiz məhv edilib. Onların əksəriyyəti islam mədəniyyətinin nümunələridir. Ermənistan həmin məscidlərdə müsəlman aləminin qəbul etmədiyi heyvan-donuzu saxlayır və yetişdirir. Bunlar hamısı İslam dininin təhqir edilməsidir. Bunu edən Ermənistandır. Təəssüf ki, İran tərəfi bu məsələdə özünü görməməzliyə vurur.”

Politoloqun fikrincə, İran tərəfi çox gözəl başa düşür ki, həmin ölkəyə hərbi müdaxilənin baş verməməsində Azərbaycan unikal rol oynayıb: “ Azərbaycan Prezidentinə dəfələrlə təzyiq göstəriblər ki, Azərbaycan ərazisindən İrana qarşı istifadə edilsin. Lakin ölkə Prezidenti bütün təzyiqlərə müqavimət göstərərək, qətiyyətli şəkildə bunun baş verməsinə imkan verməyib. Eyni zamanda, İrana qarşı maliyyə, iqtisadi sahələrdəki sanksiyalara qoşulmayıb. Bunların nəticəsində Azərbaycan çoxlu təzyiqlərlərlə üz-üzə qalıb. Bu da İrana çox gözəl bəllidir. Belə olan təqdirdə, İran prezidentinin Ermənistana səfəri haqlı olaraq ictimayyət tərəfindən narahatlıqla qarşılanır”.

Elman Nəsirli düşünür ki, İran prezidentinin Ermənistana səfəri ölkədə hökm sürən Xameyni prinsiplərinə ziddir: “Xameynizmə görə, müsəlmana müsəlmandan yaxın dost yoxdur. Belə olan halda, İran prezidentinin müsəlman qardaşlarını məcburi köçkün və qaçqına çevirmiş, torpaqlarının bir hissəsini işğal etmiş bir ölkəyə səfərinə necə qiymət vermək olar?!”.

Həsən Ruhaninin Ermənistana səfəri ilə İsrail hökümət başçısının Azərbaycana səfəri arasında müqayisə aparmağın doğru olmadığını deyən Elman Nəsirli İsrail-Azərbaycan münasibətlərinin heç vaxt üçüncü bir dövlətin, İranın əlehinə yönəlmədiyini bildirib: “Azərbaycan-İsrail arasındakı münasibətlərin inkişafı Azərbaycanın müsəlman dünyasına verdiyi çox mühüm töhfələrə qətiyyən mane olmur. İsraildə də bunu çox gözəl dərk edirlər. Əgər bu belə olmasaydı, Azərbaycan Fələstin ilə əlaqələr saxlamazdı. Fələstin administrasiyasının Azərbaycandakı səfirliyinin fəaliyyəti məhz Azərbaycan büdcəsi hesabına maliyyələşdirilir. Bu da çox unikal hadisədir. Azərbaycan Fələstin dövltəinin yaradılması ideyasını həmişə dəstəkləyib. 2012-ci ildə BMT Baş Məclisində Fəlsətinə müşahidəçi statusu verilməsi məsələsində də Azərbaycan onun lehinə səs verdi”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Siyasət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…