Əsas Səhifə Cəmiyyət Ermənistanda seçki öncəsi müəmmalı təyinatlar

Ermənistanda seçki öncəsi müəmmalı təyinatlar

2 dəqiqə oxundu
0
0
30

Ermənistanda Dövlət Gəlirləri Komitəsində davam edən kadr dəyişiklikləri seçkiqabağı dövrdə siyasi rəng almağa başlayır. Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
“Bizim məlumatlara əsasən, Qafan vergi idarəsinin rəisi David Qalumyan tutduğu vəzifədən kənarlaşdırılıb. Onun yerinə nazirliyin digər əməkdaşı – David Davtyan təyin olunub. Yeri gəlmişkən, əvvəllər David Davtyan İrəvan və Gümrüdə vergi şöbəsinin rəisi işləyib. O, İcevan merinin qohumudur”.

Nəşr qeyd edib ki, bundan başqa cəmi bir neçə gün Arabkirin vergi idarəsinin rəis müavini işləmiş Surik Eloyan indi Erebuninin vergi idarəsinin rəisi vəzifəsinə təyin edilib:

“Maraqlıdır, görəsən, o neçə saat bu postda qalacaq? Komitədə Arutyunyanın kadr dəyişikliyini bu cür izah edirlər: yeni təyin olunmuş rəis idarəyə öz adamlarını gətirir, onlar isə bir qayda olaraq güclü, bacarıqlı kadrlar deyil” – nəşr yazıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…