Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Aprel müharibəsinin 3-cü ildönümü münasibətilə Feysbukda kampaniya başladılıb.

Sosialxəbər.az xəbər verir ki, döyüşlərdə həlak olmuş şəhidlərimizin daha çox tanınması məqsədilə Feysbukda tanınmış şəxslər və KİV nümayəndələri “Şəhidlər” kampaniyasına start verib.

Belə ki, hər kəs Aprel şəhidlərindən birinin fotosunu paylaşaraq, onun haqqında məlumatı qeyd edir və özündən sonra bu kampaniyanın davam etməsi üçün estafeti digər sosial şəbəkə istifadəçisinə ötürür.

Qısa müddət ərzində kampaniyaya xeyli insan qoşulub.