Əsas Səhifə Dünya Fransa Beyrutu ələ keçirir

Fransa Beyrutu ələ keçirir

5 dəqiqə oxundu
0
0
427

Makronu Beyruta gətirən səbəb nə Livan xalqını düşünməsi, nə də dünyaya həmrəylik nümayiş etdirməsi idi. Fransa yaxşı bilir ki, hazırda regionda maraqlı olan bütün güclər Beyrut limanında baş verən partlayışın fəsadlarını aradan qaldırmaq adı ilə bu ölkəyə müdaxilə etmək istəyəcək. Rəsmi Paris bu məsələdə hamını qabaqlayaraq keçmiş müstəmləkəsini öz qanadları altına aldığını bütün dünyaya bəyan etdi.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Livanın paytaxtı Beyrut şəhərində baş verən dəhşətli partlayışdan sonra Fransa Prezidenti Emmanuel Makronun bu ölkəyə səfər etməsini şərh edərkən deyib.

Politoloq bildirib ki, Fransa hələ də Livanı öz mandatı altında hesab edir:

“Beyrut şəhərində baş verən dəhşətli partlayışdan sonra maraqlı siyasi proseslər baş verir. Xüsusilə də partlayışdan iki gün sonar Fransa Prezidenti Emmanuel Makronun bu ölkəyə səfər etməsi simvolikdir. Bu səfəri simvolik adlandırdım, çünki Birinci Dünya müharibəsinin sonunadək Livan Osmanlı İmperiyasının tərkibində bir vilayət idi. 1918-ci ilin payızında ingilis-fransız hərbi qüvvələri ölkəni işğal etmiş, 1920-ci ildən Livan Fransanın mandatı altında olmuşdu. 26 may 1926-cı ildə Fransanın ali komissarı Livanı respublika elan etmiş, Livan Konstitusiyasını bəyan etmişdi. Lakin Fransa Livanın xarici əlaqələr və müdafiəsi üzərində nəzarət hüququnu özündə saxlamışdı. 22 noyabr 1943-cü ildə ölkənin suverenliyini məhdudlaşdıran Konstitusiyanın bəzi maddələrinə dəyişikliklər edildikdən sonra Livan müstəqil elan edilmişdi. Qısaca desək, bu gün Livan adlanan dövlətin əsasını Fransa qoyub. Bu mənada Beyrutdakı partlayışdan sonra bu ölkəyə Makron səfər etməli idi”.
Politoloq bildirib ki, Makronun səfərinin pərdəarxası məqamları var:

“Makronun səfərinin hər nə qədər humanitar məqsədli olduğu deyilsə də, səfərdən sonra Livanda etirazların başlaması heç də bunun humanitar olmadığını göstərir. Etirazçılar Livan hakimiyyətinə qarşı kəskin mövqeyini gizlətməyərək istefa tələbləri ilə çıxış edib. Bu da azmış kimi, ölkədə Fransanın himayəsinə, yəni faktiki olaraq yenidən Parisin mandatı altına girməklə bağlı imza toplanmağa başlanılıb.

Beyrut limanını ələ keçirmək Fransanın Yaxın Şərq siyasətinə geniş təsir imkanı yaradacaq. Bu isə regionda ilk növbədə Türkiyənin maraqları ilə üst-üstə düşmür“.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
  • Dünyanı sarsıdan araşdırma

    ABŞ-da bir qrup elm adamı virusa yoluxmada artım olduğunu, ancaq ölüm nisbətində bir dəyiş…
  • Saakaşvili Gürcüstana qayıtmayacaq

    Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili vədlərinə rəğmən vətənə qayıtmayacaq. Sosialx…
  • Ruhani: ABŞ bunu bacarmadı

    ABŞ BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiya tətbiqini bərpa edə bilmədi. Sosialxə…
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Qubada qida təhlükəsizliyi sahəsində norma və standartlar təbliğ ediləcək

Ailələrə Sosial Dəstək İctimai Birliyi “Cəmiyyətdə qida zəhərlənmələrinin qarşısının alınm…