Son günlərdə Moskvada fəaliyyət göstərən, qeyrətli azərbaycanlı jurnalist Fuad Abbasova qarşı edilmiş vəşilik və onun Rusiyadan deportasıya ediləcəyi barədə xəbər məni də bir azəbaycanlı kimi bərk sarsıtdı.

Rusiyada fəaliyyət göstərən bəzi “Azərbaycan diaspor” təşkilatları, Moskvada qızını erməniyə ərə verən “Azərbaycan Milli Mədəni Muxtariyyətinin” Moskva regional bölməsinin sədri Ağadadaş Kərimova dəstək olaraq 12 fevral 2019 cı il tarixində mənfur ermənilərin əliylə, Moskvada baş vermiş Azərbaycanlı-çeçen qarşıdurmasının təxribat olduğunu ifşa edərək iki qardaş xalqın arasında nifaq salınmasının qarşısını almış qeyrətli azərbaycanlı jurnalist Fuad Abbasovu Rusiyadan deportasıya etdilər.

Bu məsələni mən, Rusiyada fəaliyyət göstərən “Azərbaycan Milli Mədəni Muxtariyyətinin” Moskva regional bölməsinin sədri Ağadadaş Kərimova dəstək verərək, 12 fevral 2019-cu il tarixində mənfur ermənilərin əliylə Moskvada baş vermiş Azərbaycanlı-çeçen qarşdurmada təxribatçıları ifşa edərək iki qardaş xalqların qırğınının qarşısını almış qeyrətli azərbaycanlı jurnalist Fuad Abbasovu cəzalandırılması kimi hesab edirəm. Bunu mən Azərbaycan xalqı və diaspor təşkilatları üçün utanc və nöbəti məğlubiyyət kimi qiymətləndirirəm.

Bəs görəsən bu il fevral ayında, Moskvada baş vermiş məlum olaylar zamanı Fuad Abbasov azərbaycanda təmtəraqla qarşılayan Azərbaycanda fəaliyyət göstərən vətənpərvər təkilatlar niyə indi susaraq onun deportasiya olunmasına biganə qalırlar.

Ağadadaş Kərimov kimi şərəfsizlərin Azərbaycan diaspor təkilatlarına rəhbərlik etmələri səbəbindən 27 ildir ki, əzəli torpaqlarımız və ana-bacılarımız isə hələ də ermənilərin əlindədir və min bir işgəncələrə məruz qalaraq əsirlikdədirlər.

Şərəfsiz Ağadadaş Kərimovun verdiyi açıqlamasına görə, yayılan xəbərlər doğrudur və özü qızını erməni milliyətindən olan şəxsə ərə verdiyinə görə heç də peşiman deyil: “Bu normal hadisədir. Həyat yoldaşım da milliyətcə ermənidir. Mən Qarabağda döğulmamışam, niyə görə Qarabağda döyüşməliyəm, qoy Qarabağda qarabağlılar torpaqları uğrunda döyüşsünlər”.

Elə buna görə də, Ermənistanin baş naziri Nikol Paşinyan Qarabağa helekopterlə sərbəst gələrək Şuşada qol acıb Azərbaycanın “Yallı” rəqsini oynadı.

Fuad Abbasovun Rusiyadan deportasıya edilməsi məsələsi ilə əlaqədar Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və Moskvada qızını erməni ərə verən, “Azərbaycan Milli Mədəni Muxtariyyətinin” Moskva regional bölməsinin sədri Ağadadaş Kərimova dəstək verən təkilatlar haqında Azərbaycanın Rusiyadaki səfirliyi xalqımıza rəsmi məlumat verərək bu xoşa gəlməz məsələlərə tam aydınlıq gətirməlidir.

SƏRRAF ORUC,

Əfqanstan və Qarabağ müharibəsinin iştirakçısı