Əsas Səhifə Cəmiyyət “Gələcəyə Baxış “ Avropaya İnteqrasiya İctimai Birliyi tərəfindən aztəminatlı ailələrə yardım göndərilib

“Gələcəyə Baxış “ Avropaya İnteqrasiya İctimai Birliyi tərəfindən aztəminatlı ailələrə yardım göndərilib

2 dəqiqə oxundu
0
0
573

Sosialxəbər.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gələcəyə Baxış” Avropaya İnteqrasiya ictimai birliyi tərəfindən Bakı şəhəri ərazisində yaşayan ailələr üçün belə bir sosial aksiya keçirilib. Azərpoçt MMC vasitəsi ilə Bakı şəhərinin Qaradağ, Binəqədi, Yasamal rayonlarında yaşayan işsiz, fiziki məhdudiyyətli, məcburi köçkün ailələrinə 50 AZN dəyərində ərzaq kartı göndərilib.

Risk qrupuna daxil olan insanların evdə qalması və virusa yoluxmaqdan qorunması məqsədi ilə təşkil edlən yardım aksiyası zamanı ailələrə  sosial izolyasiya tədbirlərinə riayət etmək tövsiyə olunub. Bu cür tövsiyyələrin əks olunduğu məlumat ərzaq kartı ilə birgə zərfdə ailələrə göndərilib. Aztəminatlı ailələrə göndərilən ərzaq kuponları Azərpoçt işçiləri vasitəsilə ünvanlara çatdırılıb.


Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…

Facebook

Xəbər Lenti

28 Sentyabr 2020-ci il tarixində səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər şəhəri intensiv atəşə tutulur. Düşmən qüvvələri şəhərin mülki şəxslərini və obyektlərini məqsədyönlü şəkildə hədəfə alır. XİN-dən Axar.az-a verilən məlumatya görə, Ermənistan Tərtərin şəhərinin dinc sakinlərini atəşə tutmaqla, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və növbəti dəfə beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir. Ermənistanın yeni təcavüz aktına cavab olaraq əks-hücum tədbirlərini həyata keçirən Azərbaycan Silahlı Qüvvələri mülki əhaliyə, qadınlara və uşaqlara qarşı müharibə aparmadığını bəyan edərək, əks həmlələrini məhz beynəlxalq humanitar hüquq çərçivəsində həyata keçirir. Ermənistan tərəfinin beynəlxalq hüquqa zidd addımları isə bu ölkənin yeni təcavüz planlarına nail olmaqəxri üçün bütün vasitələrdən, o cümlədən müharibə cinayətlərindən istifadə etdiyini nümayiş etdirir. Beynəlxalq ictimaiyyəti Ermənistanın mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alan müharibə cinayətlərini qətiyyətlə pisləməyə çağırırıq