Əsas Səhifə Cəmiyyət “Gəncə – 2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsi yüksək səviyyədə keçirilib” — Vüsal Quliyev

“Gəncə – 2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsi yüksək səviyyədə keçirilib” — Vüsal Quliyev

4 dəqiqə oxundu
0
0
27

Dekabrın 20-də “Gəncə – 2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin bağlanış mərasimi olub. Mərasimdə bir sıra dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin diplomatik nümayəndəliklərinin və QHT-lərin təmsilçiləri, Bolqarıstanın Varna şəhər bələdiyyəsinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və könüllülər qatılıblar.

Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. İştirakçılara Gəncənin 2016-cı il üçün Avropa Gənclər Paytaxtı elan edilməsinə qədər şəhərdə bu istiqamətdə aparılan işlər və icra olunan layihələr, habelə sentyabrın 29-dan oktyabrın 2-dək keçirilən Avropa Gənclər Festivalı haqqında məlumat verilib.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək Avropa Gənclər Paytaxtı layihəsi çərçivəsində Gəncə şəhərində görülən işləri Azərbaycanın gənclər siyasətinin uğuru kimi qiymətləndirib. Vüsal Quliyev bildirib ki, əvvəlki ev sahiblərindən fərqli olaraq, Gəncədə həyata keçirilən tədbirlər istər miqyasına, istərsə də yüksək səviyyədə təşkilatçılığına görə digər beynəlxalq layihələrin icrası üçün nümunə ola bilər.

“Layihənin yüksək səviyyədə icrası Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir. İndiyədək Avropa Gənclər Paytaxtı layihəsi ilə bağlı heç bir Avropa ölkəsinin rəhbəri müvafiq sərəncam imzalamayıb. Məhz dövlətimizin başçısının imzaladığı sənəd Avropa Gənclər Paytaxtı layihəsinin yüksək səviyyədə keçirilməsini təmin edib. Bu uğura könüllülər də layiqli töhfə veriblər”, – deyə Vüsal Quliyev vurğulayıb.

Mərasimin sonunda Avropa Gənclər Paytaxtı layihəsinin yüksək səviyyədə reallaşdırılmasında yaxından iştirak etmiş gənclər təşkilatları, dövlət və biznes qurumları, könüllülər, həmçinin mətbuat nümayəndələri təltif olunublar.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…