Gəncə şəhərində mübahisə iki nəfərin bıçaqlanması ilə nəticələnib.

Sosialxəbər.az Oxu.Az-a istinadən bölgə müxbiri xəbər verir ki, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Tərlan Xəyyam oğlu Hüseynov mübahisə zəminində bıçaqlanıb.

Mübahisə edənləri sakitləşdirmək istəyərkən onun atası Xəyyam Hüseynov da bıçaq xəsarəti alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisənin kim tərəfindən və mübahisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.