Sosialxəbər.az xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dəstəklənən və “Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi tərəfindən icra olunan “Gəncə şəhərində sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası” adlı sosial xidmət sifarişi üzrə layihə öz işini uğurla davam etdirir.

Layihənin əsas məqsədi – Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir
Layihə dövründə 50 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaq üçün intensiv reabilitasiya məşğələləri və onların valideynləri üçün məsləhət xidməti təşkil olunacaqdır. Qeyd etmək lazımdır ki, Reabilitasiya Mərkəzinin fəaliyyətinə, nəinki Gəncə şəhərindən, eyni zamanda ətraf rayonların xüsusi qayğıya ehtiyacı olan uşaqları da cəlb olunmuşdur.

Həyata keçirilmiş reabilitasiya məşğələləri nəticəsində reabilitasiyaya cəlb olunan uşaqlarda bir sıra müsbət dəyişikliklər baş vermişdir. Belə ki, onların davranış vərdişləri və bacarıqlarında olan inkişaf hiss edilir, qrup və ətrafdakı olan insanlara uyğunlaşmaq prosesi artmış, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri yaranmışdır.
Uşaqların cəmiyyətə inteqrasiya olunmaları baxımından Gəncə Dövlət kukla teatrında H.X.Andersenin “Düyməcik” əsəri əsasında təşkil olunmuş tamaşaya uşaqlar çox böyük həvəslə baxmış və bu onların böyük sevincinə səbəb olmuşdur. Teatr tamaşasında valideynlər öz uşaqları ilə birgə iştirak etmişdir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd olunan layihənin dəstəklənməsi Gəncə Reabilitasiya Mərkəzinin davamlı fəaliiyət göstərməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.