Əsas Səhifə Cəmiyyət Gənclər arasında vətənpərvərliyin təbliği layihəsi davam edir

Gənclər arasında vətənpərvərliyin təbliği layihəsi davam edir

4 dəqiqə oxundu
0
0
27

Azərbaycan Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına dövlət dəstəyi şurasının maliyyə dəstəyi ilə Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi “Gənclər arasında Vətənpərvərliyin təbliği” mövzusunda təşkil edilən ücüncü tedbir kecirildi .

Bu barədə Sosialxəbər.az-a Birliyin rəhbəri İlham Məhərrəmov məlumat verib. Onun sözlərinə görə, “Gənclər arasında Vətənpərvərliyin təbliği” layihəsini irəli sürməkdə məqsəd gənclər arasında Vətənpərvərlik və milli mənəvi şüurun təbliği və aşılanmasına diqqət etməkdir. Gənclər arasında Vətənpərvərlik hissinin yüksəldilməsi mövzusu daim gündəmdə olmalıdır. Torpaqlarımızın 20%-nin işğalda olduğu bir vaxtda milli şüur tərbiyəsinin aktual problem olduğununu dərk edərək bu istiqamətdə sistemli tədbirlər keçirməyi düşünürük.

İctimai səciyyə daşıyan vətənpərvərlik tərbiyəsi gənclərin vətəndaş kimi formalaşmasında, öz vətənini, ləyaqətini qorumaqda mənəvi təsir gücünə malikdir. Vətənpərvərlik Vətənin tarixini öyrənməkdə, sərhədlərini qorumaqda, lazım gələrsə, dövlətin müəyyənləşdirdiyi qaydalara şüurlu əməl etməkdə ifadə olunur. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında ulu öndər Heydər Əliyevin müdrik kəlamı daha böyük əhəmiyyət daşıyır: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir” deyə vurğulayıb.

Sonra bir çox QHT-lər, Qarabağ qaziləri və Dövlət qurumlarının nümayəndələri vətənpərvərlik mövzusunda çıxışlar etdilər. Sonda Aşıq İsmayıl İncəlinin ifasında gözəl ifalar dinlənildi.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Cəlilabada dilənçiliyə gedənlər saxlanıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkə ərazisində elan edilmiş xüsusi…