Ana Vətən Partiyası Qadınlar Şurası və “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi 2 fevral Gənclər Günü münasibəti ilə yaradıcı və istedadlı əlil xanımlarla görüş təşkil etdi.Tədbiri ilk giriş sözü ilə açan Ana Vətən Partiyası Qadınlar şurasının sədri Yeganə xanım Hacıyeva Ana Vətən Partiyası sədri,millət vəkili Fəzail Ağamalının təbriklərini və salamlarını xanımlara çatdırdı.Gənclərə öz fəaliyyətlərində, təhsillərində uğurlar arzuladı. Azərbaycanda gənclər gününün yaranma tarixindən danışaraq,bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Partiyamızın əsas məqsədi Azərbaycan gəncliyinin fəal,optimis ruhda böyüməsinə və yetişməsinə şərait yaratmaqdır.Partiyamızda fiziki məhdudiyyətli gənclərin də olduğunu və hər birinə Ana Vətən Partiyasının sədir Fəzail Ağamalı tərəfindən qayğı və diqqət ilə yanaşıldığını xüsusi qeyd etdi. Gənclərimiz yeni təkliflərlə bizə müraciət edə bilərlər deyə vurğuladı.
Hər bir xanımla şəxsən tanış olan Yeganə xanım, onlarla qürur duyduğunu vurğuladı.“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri və Ana Vətən Partiyası Qubadlı rayon Gənclər şurasının sədri,Səbinə xanım Kərimova Ana Vətən Partiyası Sədri Fəzail Ağamalıya və bütün Ana Vətənçilərə göstərdikləri qayğı və diqqətə görə öz minnətdarlığını bildirdi.Sonda gənc əlil xanımların sosial problemləri ilə bağlı məsələlər müzakirə olundu.