Əsas Səhifə QHT - lər “Gənclərin İKT bacarıqlarının artırılması və Media Bacarıqlarının İnkişafı” ilə bağlı silsilə təlimlər davam edir

“Gənclərin İKT bacarıqlarının artırılması və Media Bacarıqlarının İnkişafı” ilə bağlı silsilə təlimlər davam edir

4 dəqiqə oxundu
0
0
71

Sumqayıt şəhərində “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gənclərin İKT bacarıqlarının artırılması və Media Bacarıqlarının İnkişafı” ilə bağlı silsilə təlimlər davam edir.

Bu barədə Sosialxəbər.az-a birliyin rəhbəri Səbinə Kərimova məlumat verib.Onun sözlərinə görə yeddi nəfər əlilliyi olan gənc üçün növbəti təlim təşkil olunub. Əlilliyi olan gənclərin media bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı artıq ikinci təlim baş tutub. Bu dəfəki təlim, Xeberle.com saytının baş redaktoru Ramil Zeynallının əlilliyi olan gənclərə töhfəsi olaraq təşkil olunub. O, gənclərə İnternet texnalogiyaları ilə yanaşı, jurnalist olmaq üçün hansı qaydalara əməl etməli və data jurnalistika barədə geniş məlumatlar verib. Sonra press-relizlərin hazılanması və müsahibə ilə bağlı qrup şəkilində məşqələ təşkil edildi.

Təşkil olunan təlimlərin məqsədi keçən il yaradılan Sosialmedia.az saytında fəaliyyət göstərən əlilliyi olan gənclərin daha çox bilik əldə etməsi və gələcəkdə jurnalistika sahəsində peşəkar fəaliyyət göstərmələr üçün nəzərdə tutulub.

Əlilliyi olan gənclərə yeni nəsil (Adobe Fotoshop, Adobe Illustrator) proqramların öyrədilməsi ilə bağlı təlimlər isə onlayn qayda da oktyabrın sonuna kimi davam edəcək deyə vurğulayıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi qrant müsabiqəsi çərçivəsində dəstəklənib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin QHT - lər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…