CHP Türkiyə Böyük Millət Məclisində general Kənan Evrənin adının hər yerdən silinməsini təklif edib.

Sosialxəbər.az xəbər verir ki, CHP-nin bu təklifi bütün partiyalar tərəfindən dəstəklənib. AKP də qərarın doğru və düzgün olduğunu bəyan edib. Bununla Evrənin adı məktəb, küçə və hərbi hissələrdən silinəcək.

Qeyd edək ki, sözügedən şəxs 1980-cı ilin 12 sentyabrında Türkiyədə hərbi çevriliş edib və ölkə 9 il ərzində “Dəmir əl” ləqəbini daşıyan K.Evrən tərəfindən ağır və sərt şəkildə idarə edilib.