Əsas Səhifə Qarabağ Generallarımız ön xətdə

Generallarımız ön xətdə

4 dəqiqə oxundu
0
0
72

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən hərbi hissələrdə olublar.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qoşunların təmas xəttindəki əməliyyat şəraiti barədə məruzələri dinlədikdən sonra general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov üzbəüz yerləşən düşmən mövqelərini müşahidə ediblər. Müdafiə naziri bölmələrin daim döyüşə hazır vəziyyətdə olması barədə müvafiq tapşırıqlar verib.

Ön xətdə olan Müdafiə naziri cəbhənin Talış kəndi istiqamətindəki döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Şəxsi heyətlə görüş zamanı Ali Baş Komandanın Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi və hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində fəaliyyətlərin davam etməsindən danışan general-polkovnik M.Əliyev bu məsələlərin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu da xüsusi vurğulayıb.

Sonra tank bölmələrində olan general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov tank ekipajları ilə görüşərək onların döyüş hazırlığını yoxlayıb və xidmətləri ilə maraqlanıblar.

Sonda hərbi qulluqçularla birgə nahar süfrəsi təşkil edilib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
  • Bu halda Qarabağ işğal olunmayacaqdı

    Vaxtilə Ümummilli lider Heydər Əliyevi Moskvaya şikayət edən insanlar bu gün də əməllərind…
  • Cəbhədə son durum

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pule…
  • İranın Qarabağ aktivliyi

    Paşinyan hakimiyyətinin İsraildə səfirlik açmaq istəyi və qərbmeyilli siyasət aparması İra…
Daha çox yükləyin Qarabağ

Bir cavab yazın

Bunu da oxu

Düşmənlə öz dilində danışmalıyıq

Millət vəkili, Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva bu gün…