Əsas Səhifə Hadisə Gömrükdə külli miqdarda dərman tutuldu

Gömrükdə külli miqdarda dərman tutuldu

1 dəqiqə oxundu
0
0
317

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə dərman preparatlarının ölkə ərazisinə gömrük nəzarətindən gizli yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

Sosialxəbər.az bildirir ki, Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, hər iki fakt idarənin “Qırmızı Körpü” gömrük postunda qeydə alınıb.

Gürcüstan istiqamətindən respublikamıza daxil olan “Mersedes-Benz 1223L” və “Mersedes-Actros 1841 LS” markalı yük avtomobillərinə gömrük baxışı həyata keçirilib. Bu zaman nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən 40 ampul, 568 həb müxtəlif adda dərman preparatları, eləcə də 420 ədəd “Diox” markalı çay aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…