Əsas Səhifə Hadisə Göygöldə döyülmə faktı qeydə alınıb

Göygöldə döyülmə faktı qeydə alınıb

2 dəqiqə oxundu
0
0
113

Göygöldə döyülmə faktı qeydə alınıb.

Sosialxəbər.az APA-a istinadən məlumatına görə, hadisə rayonun Murovdağ qəsəbəsində baş verib.

Qəsəbədə məskunlaşan Kəlbəcər rayon sakini, 1987-ci il təvəllüdlü Əliyev Elgün Gəncəli oğlu həmyerlisi, 1991-ci il təvəllüdlü Qasımov Alim Nadir oğlu ilə dava edib. Dava zamanı hər iki tərəf xəsarət alıb.

Nəticədə, Elgün Əliyev və onun həyat yoldaşı – 1991-ci il təvəllüdlü Əliyeva Aynur Hayistan qızı və qarşı tərəfdən olan Qasımov Alim Nadir oğlu, onun qardaşı 1994-cü il təvəllüdlü Qasımov Röyal Nadir oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Xəstələrin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə iki qonşu arasında baş verib. Dava-dalaşa səbəb isə sözügedən şəxslərin birinin övladının digərin həyətinin qapısını açıq qoyması olub.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Ordumuz bu ərazini atəşə tutmur, yalandır – MN

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Vardanes rayonu ərazisində yerləşən hərbi his…