Əsas Səhifə Dünya Gürcüstanda baş verən kütləvi iğtişaşlar

Gürcüstanda baş verən kütləvi iğtişaşlar

2 dəqiqə oxundu
0
0
3

Gürcüstanda baş verən kütləvi iğtişaşlar Gürcüstan hakimiyyətinin uğursuzluğudur.

Sosialxəbər.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Konstantin Kosaçev deyib.

“Qavrilov fiquru müxalifət tərəfindən hakimiyyətə qarşı hücum üçün istifadə edilib. Rusiya burada sadəcə yaxşı bəhanədir. Aydındır ki, müxalifət Rusiya ilə döyüşmək istəyir, indiki hökumət kimi hansısa ümumi dil tapmağa cəhd etmir”, – deyə o bildirib.

Kosaçev Gürcüstan hökumətinin Qavrilovu qoruya bilmədiyini söyləyib.

Qeyd edək ki, Parlamentlərarası Pravoslav Assambleyasının Tiflisdə keçirilən 26-cı sessiyasının plenar iclasına Rusiyanı təmsil edən kommunist Sergey Qavrilov sədrlik etməsi gərginliyə səbəb olub. Belə ki, 1992-93-cü il olaylarında Cənubi Osetiya və Abxaziya tərəfdə olan və hazırda da Gürcüstanın ərazi bütövlüyünü tanımayan Qavrilova qarşı etirazlar artıb.

Etirazlara əhali də qoşulub, Qavrilov isə hüquq-mühafizə orqanlarının müşayiəti ilə ölkədən yola salınıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Bunu da oxu

MSK bu dairədəki nəticələrin ləğvini müzakirə edir

MSK-nın hazırda davam edən iclasında 34 saylı Xətai ikinci seçki dairəsi üzrə bir qrup nam…