Əsas Səhifə Hadisə Gürcüstanda mikroavtobus uçurumdan aşdı

Gürcüstanda mikroavtobus uçurumdan aşdı

3 dəqiqə oxundu
0
0
750

Gürcüstanın şimal-şərqində baş verən yol-nəqliyyat hadisəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Sosialxəbər.az bildirir ki, Bu barədə Apsny.ge ölkənin Daxili İşlər Nazirliyinə istinadla xəbər yayıb.

Bildirilir ki, dünən axşam Duşeti bələdiyyəsinin ərazisində, Şatili kəndi yaxınlığında təxminən 80 metr yüksəklikdən sərnişin mikroavtobusu aşıb. İlkin məlumata görə, onun içərisində Tiflisdən gələn turistlər olub.

Xilasedicilər üç nəfəri sağ tapıblar. Onlar ciddi xəsarət alıblar, vəziyyətləri ağır qiymətləndirilən həmin şəxslər tibb müəssisəsinə aparılıb.

Ərazidə axtarış-xilasetmə işləri davam edir.

Gürcüstan Daxili İşlər nazirinin müavini İosif Çelidze və Təcili Yardım Xidmətinin rəhbəri Temur Mqebrişvili qəzanın baş verdiyi Biso kəndinə gediblər.

23 avqust, 23:00

Gürcüstanın Msxeta-Mtianeti bölgəsinin Şatili kəndində mikroavtobus, təxminən, 80 metr yüksəklikdən uçuruma aşıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ilkin məlumatlara görə, qəza nəticəsində 12 nəfər ölüb, 3 ağır nəfər yaralanıb.

Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım briqadası cəlb edilib. Yaralananlar təhlükəsiz əraziyə təxliyə edilib.

Qalan sərnişinlərin axtarışı davam edir.

Faktla bağlı araşdırma başlanılıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə

Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb ets…