Əsas Səhifə Sağlamlıq Hacıqabulda korona xəstəsi evi tərk etdi, tutuldu

Hacıqabulda korona xəstəsi evi tərk etdi, tutuldu

1 dəqiqə oxundu
0
0
88

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları və Rayon Mərkəzi Xəstəxanasının həkim briqadasının keçirdikləri reydlər zamanı koronavirusa yoluxmuş şəxsin evi qanunsuz olaraq tərk etdiyi müəyyən edilib.

Sosialxəbər.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, polis əməkdaşları və həkimlər tərəfindən keçirilmiş reydlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxmış şəhər sakini Xəqani Cəfərov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.

X.Cəfərovun şəhər ərazisində olduğu yer müəyyən edilmiş və dərhal təcili tibbi yardım avtomobilinə mindirilərək Sabirabad rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Sağlamlıq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Kontakt Home” əsgər ailələrinin kreditini dondurdu

“Kontakt Home” elektron məişət məhsulları mağazası maraqlı aksiyaya start veri…