Hakerlər Çexiya XİN-nin kompüter şəbəkəsinə hücum edib.

Sosialxəbər.az xəbər verir ki, bunu ölkənin Mütəşəkkil cinayətkarlıqla mübarizə milli mərkəzinin mətbuat katibi İva Klonova bildirib.

Onun sözlərinə görə, hakerlər sirli informasiya əldə edə bilməyiblər və sadəcə bir neçə əməkdaşın elektron poçtuna daxil olmağa müvəffəq olublar.

Faktla bağlı cinayət işi qaldırılıb. Çexiya xüsusi xidmət orqanları hadisənin araşdırılmasına cəlb olunub.