Bilik günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin müdiri Ceyhun Süleymanov və müdir müavini Zaur Rəsulov Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir çox aztəminatlı ailələri sevindirdi.

Sosialxəbər.az xəbər verir ki, Heydər Əliyev Fondu tərəfindən Sumqayıt şəhər Dövlət Sosial Müdafiə Fonduna göndərilən məktəbli çantaları və məktəb ləvazimatları aztəminatlı ailələrə paylandıqdan sonra, ünvana çatdırılması da təşkil olunub. Fond tərəfindən əlilliyi olan şəxslərin övladlarına və əlilliyi olan uşaqlara səyyar çatdırılma təşkil olunub. Fondun rəhbərliyi “Çıraq”Uşaq İnkişaf Mərkəzi İctimai Birliyinə, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinə və Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyaya baş çəkiblər.

Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud uşaqların və saglam uşaqların bərabər təhsil aldığı təhsil ocağı ilə yaxından tanış olan Ceyhun Süleymanova Gimnaziyanın direktoru Ayət Kərimova gimnaziya barədə geniş məlumat verib.

Təşkilat rəhbərlərinin hər bir göstərdiyi qayğı və diqqətə görə Fondun rəhbərliyinə minnətdarlığlarını bildiriblər.

Fondun müdiri Ceyhun Süleymanov hər bir uşaqla ayrı-ayrılıqda görüşərək onları bilik günü münasibəti ilə təbrik edib və Heydər Əliyev Fondunun onlar üçün göndərdiyi hədiyyələri uşaqlara təqdim etdi.