Əsas Səhifə Dünya Hindistan Babur məscidini hind məbədinə çevirərsə…

Hindistan Babur məscidini hind məbədinə çevirərsə…

7 dəqiqə oxundu
0
0
105

Aya Sofyanın yenidən məscid olaraq fəaliyyətə başlaması o demək deyil ki, digər ölkələr də məbədlərini istənilən formada dəyişə bilər. Bu gün belə bir addım qarşısıalınmaz domino effekti yarada və dünya üzərində dini dözümlülük, tolerantlıq kimi dəyərləri iflasa uğrada bilər.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Aya Sofyanın yenidən məscid olaraq fəaliyyətə başlamasının ardından Hindistanın 1527-ci ildə tikilmiş Babur məscidini hind məbədinə çevirməsi qərarını şərh edərkən deyib.

Politoloq bildirib ki, Aya Sofya qərarının ardınca Babur məscidini hind məbədinə çevirmək qərarı dünyada ciddi bir dini böhranın əsasını qoya bilər:

“Şübhəsiz, Türkiyənin Aya Sofyanı yenidən məscidə çevirməsi başda Qərbi Avropa ölkələri olmaqla, bir çox xristian dövlətinin narazılığına səbəb oldu. Lakin buna bir etirazdan artığını Hindistan etdi. 1527-ci ildə tikilmiş Babur məscidinin hind məbədinə çevrilməsi qərarı yanlış və qəbuledilməzdir. Çünki bu, Aya Sofyanın məscidə çevrilməsi ilə eyni mahiyyət daşımır. Məsələ ondadır ki, Aya Sofya kilsə olduğu uzun müddət qədər məscid olaraq fəaliyyət göstərib. 1453-cü ildə Fateh Sultan Məhməd bu möhtəşəm kilsənin talan edilməsinə izn vermədi. Əksinə, Aya Sofya kimi dünya incisi bir məbədi islam mədəniyyəti ilə taclandırdı. Aya Sofyanın kilsə olaraq gördüyü ehtiram məscid olaraq da davam edirdi. Lakin təəssüf ki, bu gün Aya Sofyanın məscidə çevrilməsi yanlış bir dini tendensiya yaradıb. Şübhəsiz, hər istəyən başqa bir dini məbədi dəyişə bilməz. Bu, dini dözümlülüyə tam mənasında ziddir”.

Politoloqun sözlərinə görə, Babur məscidinin hind məbədinə çevrilməsi qərarı Hindistanda mövcud dini problemlərin yenidən alovlanmasına gətirib çıxaracaq:

“Hindistan Baş naziri Modi antiislamçı və qatı bir hinduizm fanatiki liderdir. Ölkədə uzun illərdir davam edən sosial demoqrafik iqtisadi problemlərin olduğu bir zamanda Babur məscidini hind məbədinə çevirmək qərarı heç də düzgün addım deyil. Bu, ölkədə yaşayan milyonlarla müsəlmanın qəzəbinə səbəb olacaq”.

Q.Hüseynlinin sözlərinə görə, ölkəmizdə də bu gün bəzi kilsələrin məscidə çevrilməsini istəyən insanlar var:

“Təəssüf ki, cəmiyyətimizdə bəzi radikal dini düşüncəyə malik insanlar müəyyən kilsələrin məscidə çevrilməsini təklif edir. Bu, olduqca boş və mənasız bir yanaşmadır. Birincisi, ölkəmiz dini sabitlik baxımdan dünyada örnək göstərilən bir məkandır. Əsrlərlə müsəlman, yəhudi, xristian və digər dinlərə məxsus insanlar azad və təhlükəsiz şəkildə yaşayıblar. İkincisi, ölkəmizdə xristian, yəhudi dininin tarixi kökləri daha qədimə gedib çatır. Bu gün ölkəmizdə qədim kilsələr çoxdur. Bu kilsə və məbədlər ölkəmizin tarixi mirasıdır. Üçüncüsü, Azərbaycan tarixində heç bir kilsənin və ya dini məbədin başqa dini məbədə çevrilməsi halı olmayıb. Yəni belə bir istəklə çıxış etmək birbaşa tariximizə qarşı çıxmaqdır”

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

QHT məhkumlar arasında koronavirusla bağlı maarifləndirmə işləri aparır

“Sağlamlığa Xidmət” İctimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri…